Cəhənnəm ŞƏHƏR - FOTOREPORTAJ

17 oktyabrda Suriyanın demokratik güclərinin ərəb-kürd dəstələri Rakka şəhərini İŞİD terrorçularından tamamilə azad etdi.
Publika.az bildirir ki, eramızdan əvvəl III əsrdə əsası qoyulmuş Rakka tarix boyunca, Yunan, Roma, Bizans imperiyalarının idarəetməsi altında olub, eyni zamanda Abbasilər xilafətinin paytaxtı idi.
Əlverişli strateji məkanda yerləşməsinə görə Rakka dəfələrlə hücumlara və təqiblərə məruz qalıb. Bu tale şəhərdən müasir dövrdə də əl çəkmədi.
2013-cü ildə şəhər üzərində nəzarət Suriya müxalifətinin silahlı dəstələrinə məxsus idi. Lakin bir neçə ay sonra İŞİD şəhəri ələ alaraq prezident Başar Əsədin tərəfdarlarını və müxalifətçiləri fərq qoymadan edam etdi, bir neçə məscid və xristian məbədini dağıtdı.
Demokratik güclərin Rakkaya hücumu 6 iyun 2017-ci ildə başlandı. Bombalamalar və küçə döyüşləri nəticəsində artıq bir neçə aydan sonra şəhərin təxminən yarısından çoxunun yaşayış binaları tamamilə dağıdıldı və şəhər bütün infrastrukturunu itirdi.
1. "Cəhənnəm karuseli"
 
 
Al-Naim dairəsi, həmçinin "cəhənnəm karuseli" adlanan yer Rakkanın mərkəzində yerləşir. İŞİD burada ictimai edamlar həyata keçirir, ölümə məhkum edilmişlərin başları kəsilirdi.
2. Şəhər stadionunun vəziyyəti
 
 
Şəhər stadionu son yer idi ki, İŞİD döyüşçüləri demokratik qoşunlara qarşı müqavimət göstərirdilər. Ən sonda bu mövqeləri də tərk edərkən terrorçular, stadionun bir çox yerlərini minalamışdılar.
3. Zirehli kamikadze-avtomobil
 
 
Geri çəkilərək, İŞİD terrorçuları içi partlayıcı maddələrlə dolu olan xüsusi hazırlanmış kamikadze-maşını rəqib qoşunlarının və ya hərbi texnikasının üzərinə yönəltmişdilər.
4. Partlayıcı qurğular yerləşdirilmiş avtomobil-kamikadzenin içindən görünüş
 
 
Bu avtomobillərə şəhərin müxtəlif yerlərində rast gəlmək olur.
5. Demokratik güclərin döyüşçüləri stadionun tribunalarında axtarış aparırlar
 
 
6. Demokratik güclərin döyüşçüsü Rakka küçəsində
 
 
7. Stadionun zirzəmisində terrorçuların alovlu nöqtəsi
 
 
8. Tribunaların altında döyüş gürzləri
 
 
9. Demokratik güclərin döyüşçüləri stadionun digər yerlərində partlayıcı maddə olub-olmamsını araşdırırlar
 
 
10. Sok butulkasının içində partlayıcı qurğu
 
 
11. İmprovizasiya olunmuş damcısalan - terrorçular yaralıların müalicəsi üçün istifadə edirdilər
 
 
12. Tribunaların altında təchiz edilmiş həbsxana kamerası
 
 
13. Demokratik güclərin döyüşçüsü terroçular tərəfindən atılmış İŞİD bayrağını saxlayır
 
 
14. Qələbədən sonra selfi etmək olar.
 
 
Zaur H.

Загрузка...
Загрузка...