"Charlie Hebdo" jurnalı Brüsseldəki terroru əvvəlcədən "bilib"

Sosial şəbəkədə Belçikadaki terror hadisəsinə karikaturalar həsr olunub.
"Charlie Hebdo" jurnalı
Məşhur fransız satirik jurnalı "Charlie Hebdo" Belçikada terror aktını əvvəlcədən “bilib”. ANS PRESS-in məlumatına görə, jurnalın Brüsseldəki partlayışlardan əvvəlki buraxılışında “Bütün dünyanın terror aktı təhlükəsi var” adlı karikaturası var.
"Bütün dünyanın terror təhlükəsi var".

Karikaturada Avropanın şəhərlərinin adı  yazılmış çarxı fələk təsvir olunub. Ox Parisin üzərində dayanıb. Lakin karikaturadakı  təsvir olunmuş qadın hazırlaşırki çarx fələyi çevirsin.  Növbəti terror aktları London, Afina, Vyana, Lissabon, Amsterdam, Madrid, Roma və Berlin də ola bilər. Jurnalın növbəti buraxılışı 30 martda çıxacaq. İddia olunur ki, jurnal Brüsseldəki terror aktına  karikatura çəkəcək.
Artıq sosial şəbəkədə Brüssel terror aktının karikaturaları yayılıb. Karikaturada avropalılar belçikalıları dəstəkləyərək terroru lənətləyib. Karikaturaların çoxunda  Brüsselin simvolu olan balaca  uşaq  təsvir olunub. Qızardılmış kartof isə Brüsselin qeyri-rəsmi rəmzidir.

Ötən gün Brüsseldə ard-arda bir neçə terror aktı baş verib. “Zaventem” beynəlxalq hava limanında 2 və metroda baş verən partlayış nəticəsində 34 nəfər ölüb, 250 nəfər yaralanıb. Belçika hökuməti baş verən hadisəni terror aktı adlandırıb.
Jurnalın ən çox səs-küylü yazısı isə Məhəmməd peyğəmbərin karikaturasının dərc edilməsi ilə bağlı olub.  Həmin narazılıqlar fonunda ötən ilin yanvar ayının əvvəlində jurnalın redaksiyasına silahlı hücum olub. Hadisə nəticəsində 12 nəfərin öldüyü deyilsə də, bir çoxları bu hücumun qurama olduğunu bildirib.