“Charlie Hebdo” indi də Brüssel polisini ələ saldı (FOTO)

Fransanın satirik “Charlie Hebdo”  həftəliyi Brüssel hadisələri ilə bağlı yeni karikatura dərc edib.
Turaninfo.az Musavat.com-a istinadən  xəbər verir ki, jurnaldakı karikaturada pivə içən Belçika polisləri əks olunub. Asayiş keçikçilərindən biri digərinə “Əmin olmaq lazımdır ki, pivədə bomba yoxdur”.

Çox güman ki, karikatura müəllifləri Belçika paytaxtındakı terror aktlarından sonra polis əməkdaşlarının terrorçuların və partlayıcıların üzə çıxarılması üçün keçirdiyi əməliyyatı lağa qoyurlar.
Qyed edək ki, “Charlie Hebdo” bundan əvvəl də Brüsseldəki terror aktları ilə bağlı iki karikatura dərc edib.