Ceyms Cefri: “Türkiyə ilə bağlı Trampın bu addımı...”


Tramp keçmişdə olduğu kimi gələcəkdə də Türkiyə ilə daha geniş əlaqələr qurmağa çalışacaq.
 
Axar.az xəbər verir ki, bunu “BBC Türkcə”yə müsahibəsində ABŞ-ın Türkiyədəki eks-səfiri Ceyms Cefri söyləyib.
 
Səfirin sözlərinə görə, Donald Trampın Yaxın Şərq siyasətində əsas istiqaməti İŞİD-lə savaş və İranla imzalanan nüvə razılaşmasını ləğv etmək olacaq:
 
“Nüvə razılaşmasını başqasıyla dəyişdirmək və ya yenidən müzakirə etmək asan bir şey deyil. Buna görə də müqaviləni yenidən müzakirəyə açmaq məsələsində Tramp çətinlik çəkəcək. Anlaşmanı tam ləğv etmək, İrana qarşı sərt mövqe tutmaq anlamına gələcək. Bu, Türkiyə daxil bütün bölgədə məmnuniyyətlə qarşılanacaq. Amma bunun Əsəd rejimi, Rusiya və digər oyunçular baxımından da nəticələri olacaq. Türkiyəyə gəlincə isə məncə, Obamadan fərqli olaraq Tramp Gülən məsələsində Ərdoğanın mövqeyini dinləməyə çalışacaq. Bu isə çox gözəl bir addım olacaq”.

Загрузка...
Загрузка...