Ceyhun Hacıbəylinin uzaqgörənliyi: "İnanmıram ki, SSRİ çox yaşasın”

Baxış sayı: 
152
0  
0  

 
 
 Moderator.az  Cümhuriyyətin 100 illik yubileyi ilə bağlı silsilə yazılarına davam edir.
Bu dəfə Cümhuriyyəti təmsil etmək üçün Parisə yollanan və ömrünün sonuna qədər orada yaşayan Ceyhun Hacıbəyli haqqında bir faktı tədim edəcəyik:
 
Məlumdur ki, o, 1920-ci ildən sonra daha Azərbaycana qayıda bilmədi. Ömrünün ən acı illəri də elə Fransada başladı. Siyasi mühacir kimi heç yanda iş tapa bilməyən Ceyhun bəy məcburiyyət qarşısında qalaraq ödənişli məktəbdə oxuyan oğlunu da məktəbdən xaric etdirir. Yalnız Parisdə yaşayan dostu Topçubaşovun məktəb direktoruna yolladığı xahiş məktubundan sonra oğlu yenidən dərsə bərpa edilir. Bu haqda əvvəlcə Zülfüqar Hacıbəyovla məktublaşır. Öz ağır güzəranını ondan gizlətməsə də, böyük qardaşı Üzeyirin həssas olduğunu bilib ondan sirr kimi saxlayır. Amma təbii ki, tanınmış bəstəkar da qardaşının vəziyyətindən bir gün xəbər tutur. Bütün gücü ilə onun vətənə qayıtmasına çalışır. Amma hakim dairələr arasında böyük nüfuzu olan Üzeyir bəy də çox qabağa gedə bilmir.
 
Ceyhun bəy özü də inanmırdı ki, Sovet rejimi onu nə zamansa bağışlaya bilər. Amma Bakıdakı ailəsi, xüsusən də Üzeyir bəy onun vətənə dönüşünü ömrünün sonuna qədər gözləyib.
 
Ceyhun bəy isə buna heç inanmırdı. Elə yazının əvvəlində onun adından verilən qeydlərdə bildirildiyi kimi, Ceyhun bəy ömrünün axırına qədər bunun acısını çəkib: “Onları bir daha görmədim və heç vaxt da görməyəcəyəm. Doğmalarım - kişilər və qadınlar bir-birinin ardınca dünyadan köçürlər. Elə mən özüm də köçəcəyəm...”.
 
Onu haqqında xatirələrin birində deyilir: “Ceyhun bəy Parisə özü ilə birgə daim həsrətini çəkdiyi, ömrünün sonuna qədər xəyallarında yaşatdığı Qarabağı da gətirmişdi. O, qürbətdə iki həyat yaşayırdı - bir real Paris həyatını, bir də xəyallarında qurub-yaratdığı nisgillərdən, gümanlardan, xatirələrdən ibarət vətən həyatını”.
SSRI bağışlamazdı. Lap elə bağışlasaydı da, onun özü buna razı olmazdı. Baxmayaraq ki, Şuşa üçün az qala burnunun ucu göynəyirdi. Çünki 1960-cı ildə Ceyhun bəy Fransanın bir jurnalına verdiyi müsahibədə ona ünvanlanan suala cavab olaraq yaxın zamanlarda SSRİ-nin çökəcəyini deyib. Qeyd edib ki, “mən inanmıram ki, o quruluş 100 il yaşasın””.
 
Ceyhun Hacıbəyli bu müsahibədən 2 il sonra dünyasını dəyişdi.
 
Elmin Nuri

Загрузка...
Загрузка...