Çexov da rüşvət alarkən yaxalandı -RƏSMİ...

Baxış sayı: 
117

 
Məşhur rus yazıçısı ilə eyni soyadı daşıyan şəhər meri rüşvət alarkən tutulub.
 
Moderator.az-ın Rusiya mediasına istinadla verdiyi xəbərə görə, söhbət Krasnodar diyarının Tuapse şəhər administrasiyasının rəhbəri Aleksandr Çexovdan gedir.
 
Dekabrı 7-də hüquq-mühafizə əməkdaşları şəhər merini Krasnodar hava limanında  əlində bir bağlama ilə saxlayıblar. Həmin bağlamada külli miqdarda pul olduğu bildirilir. A.Çexov özü isə deyib ki, guya bağlamanı ona ad günü münasibətilə bir dostu bağışlayıb və içində nə olduğunu bilmir.
 
Lakin RF İstintaq İdarəsinin Krasnodar diyarı üzrə şöbəsindən A.Çexov tərəfindən rüşvətin alınma faktının rəsmən qeydə alındığı bildirilib. Şəhər merinin rüşvəti Tuapsedəki evlərdən birinin guya qəzalı olması haqda saxta rəsmi rəy verilməsi üçün aldığı iddia edilir.  Müvafiq maddələrlə cinayət işi qaldırılıb araşdırma aparılır.
 
Sultan Laçın

Загрузка...
Загрузка...