Çex siyasətçilər erməniləri məyus etdilər - ''Genosid məsələsi tarixçilərin işidir''

Çexiya parlamentinin sədri qondarma "erməni genosidi" haqqında qərarın qəbul edilməsinin doğru olmayacağını  söyləyib
Musavat.com erməni saytlarına istinadən bildirir ki, Çexiya parlamentinin aşağı palatasının sədri Yan Hamaçek prezident Miloş Zemanın qondarma "erməni soyqırım"ının parlament tərəfindən qəbul olunması haqqında təklifinə rədd cavabı verib.

Yan Hamaçek (Çexiya parlamentinin sədri)
Yan Hamaçek öz tvitter səhifəsində tarixi hadisələrə siyasətçilərin deyil, tarixçilərin qiymət verməsi olduğuna inandığını söyləyib.
Xatılradaq ki, iyun ayının 8-də İrəvanda rəsmi səfərdə olan Çexiya prezidenti Miloş Zeman bəyan edib ki, Çexiya qondarma erməni soyqırımını tanımağa hazırlaşır: “Geri dönən kimi, Çexiya paralamentinə və hökumətinə , Almaniyadan nümunə götürərək “erməni soyqırımı” nı (qondarma-red.) rəsmən qəbul etmələrini rica edəcəm” deyə o bildirib.

  Miloş Zeman (Çexiya Respublikasının prezidenti)
Miloş Zeman məsələ ilə bağlı Çexiyanın xarici işlər naziri Lübomir Zaoraleklə də danışacağını söyləyib.
Lakin Yan Hamaçek kimi Ludomir Zaoralekin də məsələ ilə bağlı reaksiyası da ermənilərin ürəyincə olmayıb.  RİA Novostini xəbərinə görə Ludomir Zaoralek spiker Hamaçekin fikirlərinə qatılaraq erməni soyqırımı haqqında iddiaların tarixçilər tərəfindən araşrımalı olduğunu söyləyib.

Lübomir Zaoralek (Çexiya xarici işlər naziri)
Zaoralek Çexiyanın Ermənistanla münasibətlərin yüksək olduğunu qyed etməklə yanaşı, Türkiyə ilə də eyni səviyyədə dialoq içində olduqlarını söyləyib.