​Çevrilişin baş nazirindən sərt açıqlama: "Atatürkü də..."

 
Milliyyətçi Hərəkat Partiyasından (MHP) qovulan Meral Akşənər Dövlət Baxçalının sözlərinə sərt reaksiya verib.
 
Axar.az xəbər verir ki, Akşənər 15 iyul günü "Yurdda sülh, cihanda sülh" sözlərindən istifadə etməsinə belə aydınlıq gətirib:
 
"Baxçalı "Yurdda sülh, cahanda sülh" sözlərimin təsadüf olmadığını deyir. Atatürk də, Maral Akşənər də bu sözü təsadüfən deməyib. Dövlət xadimləri və siyasətçilər millətin ehtiyacı olan nələrisə aşkar edərək onu bir şüar edirlər. Atatürk bu sözü çevrilişçilərə aid etməyib, həmçinin Akşənər də. O sözün tərəfimizdən gündəmə gətirilməsinə səbəb bu hakimiyyətin xaricdə və daxildə hamı ilə davada olmasıdır. Cənab Baxçalı da hələ sözün yarısını anlamamış Atatürkü də FETÖ-çu edər".