“Çevriliş Ərdoğanın Atatürk siyasəti ilə bağlıdır”

Türkiyədə dövlət çevrilişinə cəhd hərbi elitanın Ərdoğanın Mustafa Kamal Atatürk kursundan uzaqlaşmasına qarşı etirazı ilə bağlıdır.
 Axar.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində Rusiya Federasiya Şurasının Beynəlxalq Məsələlər Komitəsinin rəhbəri Konstantin Kosaçev söyləyib.
 Onun sözlərinə görə, artıq hərbi elita ilə Ərdoğan arasında gərginlik uzun müddətdir mövcuddur:
 “Bu böhrana əsas səbəb Ərdoğanın Atatürk kursundan uzaqlaşması və generalların real hakimiyyətdən uzaqlaşdırılmasıdır. Bu problemlər bir gecənin içində itmir və onu repressiyalarla həll etmək olmaz. Aydındır ki, Ərdoğan öncədən bu çevriliş cəhdindən şübhələnib. Onun son günlərdəki siyasi manevrləri, Rusiya və İsraillə münasibətləri, hətta Suriyaya qarşı yumşalması türk generalitetinin emosiyalarını sakitləşdirməyə cəhdlər idi. Həmin generallar artıq xarici və daxili siyasətdəki yeni fəlakətlərə qarşı səssiz dayana bilmirdilər. Görünür, onları sakitləşdirmək alınmayıb”.