​Cennifer Lopesin öpüşü boşanmaya səbəb oldu - FOTO/VİDEO

 
Amerikalı musiqiçi və aktyor Mark Entoninin model həyat yoldaşı Şennon de Lima boşanmaya qərar verib.
 
Turaninfo.az  xarici mediaya istinadla xəbər verir ki, buna səbəb Latın Qremmi mükafatının təqdimetmə mərasimində Mark Entoninin səhnədə keçmiş həyat yoldaşı Cennifer Lopesi (Ceylo) dodağından öpməsi olub.
 
Mükafatı Marka təqdim edən Cennifer Lopes onun dodaqlarından öpdükdə Mark da buna qarşılıq verib. Xarici mətbuatın yazdığına görə, Entoni və Lopes son zamanlar birlikdə çox vaxt keçirirlər.
 
Entoni həyat yoldaşını fikrindən döndərmək üçün maraqlı bir üsul tapıb. O sosial şəbəkədə kişiləri öpən zaman çəkilən şəkillərini yerləşdirməyə başlayıb. Bununla o, öpüşün onun üçün heç bir məna kəsb etmədiyini göstərmək istəyir.