Çempionu öldürən azərbaycanlının başına pul qoyuldu

Rusiyada pauerlifting üzrə dünya çempionu Andret Draçevi döyərək öldürən azərbaycanlının yeri haqqında məlumat verənə mükafat veriləcək.
 
Axar.az xəbər verir ki, mükafat Rusiya Daxili İşlər Nazirliyi tərəfindən Xabarovsk vilayəti üzrə təsis edilib. Cinayətdə şübhəli bilinən şəxsin yeri barədə məlumatlı olan şəxs 500 min rubl həcmində mükafatlandırılacaq.
 
Xatırladaq ki, qətli törədən şəxsin döyüş ustası Anar Allahverənov adlı azərbaycanlı olduğu bildirilir. Məlumata görə, dünya çempionu onu “çuşka” adlandırıb, bundan sonra tərəflər arasında mübahisə və əlbəyaxa dava baş verib.
 
A.Allahverənovun zərbələrindən sonra A.Draçev ölüb.

Загрузка...
Загрузка...