Çempion futbolçunun kədərli aqibəti - 30 lirəyə qarsonluq edir

Bir vaxtlar “Qalatasaray” futbol klubunun şərəfini qoruyan futbolçu indi səfil həyatı yaşayır.
Turaninfo.az Musavat.com-a istinadən xəbər verir ki, “Qalatasaray”ın UEFA kuboku yolunda "Bolonya" ilə qarşılaşdığı  matçda ayağı qırılan Alper Tezcan 12 əməliyyat keçirsə də, bir daha futbola qayıda bilməyib. O, hazırda bir kafedə gündəlik 30 lirəyə (15 manat) işləyir.
Məlumata görə, “Qalatasaray” futbol klubu sabiq futbolçunun əməliyyat xərclərini ödəməyib. Atası isə bütün malını-mülkünü oğlunun sağalması üçün xərcləyib.
Tezcan keçmiş klubunu vəfasızlıqda günahlandıraraq, bunları deyib: “UEFA-da qazandığım medalı satmaq istədim. Bir nəfər vardı, böyük məbləğ verirdi. Lakin onu da təhdid etdilər, o da medalı almaq fikrindən daşındı. Dilənçilərdən betərəm. Atamdan pul istəyə bilmirəm. Necə istəyim axı?”.