Cəbhədəki gərginlik dünya mətbuatında...

Aprelin 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu möqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Bunun nəticəsində mülki əhali arasında ölən və yaralananlar var.
Düşmənlə döyüşlərdə Silahlı Qüvvələrimizin 12 hərbi qulluqçusu şəhid olub. Erməni mövqelərinə aviasiya zərbələri zamanı əməliyyata cəlb olunan 1 ədəd Mi-24 helikopteri düşmən tərəfindən vurulub və 1 ədəd tank mina partlayışı zamanı sıradan çıxıb. Düşmən tərəfində isə 100-dən çox hərbçinin öldürüldüyü bildirilir.
Turaninfo.az Musavat.com-a istinadən  xəbər verir ki, yaşanan bu hadisə dünya mətbuatında “son dəqiqə” xəbəri olaraq yer alıb.
ABCNews Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verib ki, Azərbaycan tərəfi Ermənistan ordusu ilə döyüşlərdə 12 əsgər itirib.
Türkiyənin "Doğan" xəbər agentliyi: Azərbaycan Müdafiə Nazirliyi dünən gecədən bəri davam edən atışmalar zamanı ordunun 12 əsgərinin şəhid olduğunu bilidirib.
“Reusters” agentliyi: Putin Azərbaycan və Ermənistan tərəflərini Dağlıq Qarabağda atəşkəsi pozmamağa çağırıb.
Türkiyənin Haber7 saytı: "Azərbaycan ilə Ermənistan arasında şiddətli qarşıdurma yaşandı. 100-dən çox erməni əsgəri öldürüldü, Azərbaycan ordusu 12 şəhid verdi".
“Milliyət” qəzeti: "Gərginlik yüksəlir... Azərbaycan Müdafiə Nazirliyi ordunun 12 şəhid verdiyini açıqladı.
 Azərbaycan işğal altındakı bəzi bölgələri Ermənistdandan geri aldı. Qarşıdurmalar şiddətlənir. Gərginlik hər ötən saat daha da artır".
“AFP” agentliyi: Ermənistan Azərbaycana aid bir helikopteri vurub. Azərbaycan Müdafiə Nazirliyi 12 şəhid olduğunu bildirir.
Associated Press: Dağlıq Qarabağda gedən döyüşlərdə Azərbaycan ordusunun 12 əsgəri şəhid olub.
NTV telekanalı: "Azərbaycan Dağlıq Qarabağda yaşanan qarşıdurmalarda 12 əsgərinin şəhid olduğunu açıqladı".