Cəbhədə vəziyyət gərginləşdi, Müdafiə Nazirliyi xəbərdarlıq etdi

 
 
 
Oktyabrın 30-da axşam saatlarından başlayaraq erməni silahlı bölmələri cəbhənin şimal-qərb istiqamətində yerləşən bölmələrimizin mövqelərini 60 millimetrlik minaatanlardan, qumbaraatanlardan, həmçinin "AQS-17" tipli avtomatik qumbaraatanlardan və iriçaplı pulemyotlardan atəşə tutub.
 
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Nazirliyin məlumatında bildirilir ki, qəti cavab tədbirləri nəticəsində düşmən susdurulub.
 
Müdafiə Nazirliyi bir daha xəbərdar edir ki, qoşunların qarşıdurma xəttində vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür.