Cəbhəçi gənc saxlanıldı

Zamin TalıbovBu gün axşam saatlarında AXCP Nəsimi rayon şöbəsinin fəalı Zamin Talıbov Yardımlı polisi tərəfindən saxlanılaraq Şəhər Polis İdarəsinə aparılıb. Hazırda onunla əlaqə saxlamaq mümkün deyil.
Xatırladaq ki, Zamin Talıbov Facebook sosial şəbəkəsində hakimiyyətə qarşı tənqidi yazıları ilə fərqlənən gənclərdəndir.