Cəbhə bölgəsinə səfər edən diplomatlar Tərtərdə dağılan evlərə baxış keçiriblər

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) təşkilatçılığı ilə cəbhə bölgəsinə səfər edən Azərbaycanda akkreditə olunan diplomatik korpusun nümayəndələri Tərtər rayonunda olublar. Bu barədə Trend-ə Tərtər rayon İcra Hakimiyyətindən məlumat verilib.
Məlumatda bildirilir ki, qonaqlar rayonun icra başçısı Müstəqim Məmmədovla görüşüblər. İcra başçısı diplomatlara aprel ayı ərzində erməni silahlı birləşmələrinin Tərtər rayonunun xəmas xəttindəki yaşayış məntəqələrini ağır artilleriyalardan atəşə tutması nəticəsində kəndlərə külli miqdarda ziyan dəyməsi barədə məlumat verib.
Görüşdən sonra diplomatik korpus nümayəndələri aprel ayı ərzində ermənilərin təxribatı nəticəsində Tərtər şəhərinin mərkəzi və təmas xəttindəki kəndlərdə dağılan evlər, inzibati binalar və ziyan çəkən əkin sahələrinə baxış keçiriblər.