Cazibəsi və yaraşığı ilə hər kəsi ovsunlayan Birinci xanımın GÖZƏLLİK HİYLƏLƏRİ - FOTO

Baxış sayı: 
141
0  
0  

ABŞ-ın birinci xanımı Melaniya Tramp zövq duyumu və bənzərsiz üslubu ilə deyil, həm də gözəl bədən quruluşu ilə pərəstişkarlarını heyran edir.
Publika.az ABŞ-ın birinci xanımının əsas gözəllik sirlərini toplayıb və onları sizinlə bölüşməyə tələsir.
İlk olaraq bildirək ki, Melaniya Tramp model karyerasını çoxdan başa vurub, amma onun ideal parametrləri illərdir dəyişməz olaraq qalır. 56 kq çəkisi olan M.Trampın boyu 1.80 sm-dir. Tanınmış Hollivud ulduzlarının bir çoxundan fərqli olaraq o, pəhrizlər saxlamır və bir gün ərzində yalnız bir-iki yarpaqla dolanmır. Melaniya hesab edir ki, düzgün qidalanma rejimi qurmaq və onu pozmamaq lazımdır.
O, sağlam səhər yeməyi üçün həmişə vaxt tapır. Bir neçə il əvvəl ulduz “GQ” kişi jurnalına verdiyi müsahibəsində etiraf edib ki, səhərlər yulaf, yüksək tərkibli sellülozla: ispanaq, kök, alma, qarağat, kərəviz kimi vitamin və antioksidantlarla zənginləşdirilən smuzi yeyir. Onun hazırlanmasında Melaniya ancaq təzə meyvə və tərəvəzlərdən, həmçinin kətan toxumu, alma və portağal şirələri, zeytun yağı, habelə kefirdən istifadə edir.
Nahara Tramp bir-iki balıq və ya dəniz məhsulları ilə tərəvəz, şam yeməyində isə yüksək sellülozlu müxtəlif yaşıl salatlara daha çox üstünlük verir.
 
 
Modellik karyerası ərzində Melaniya piylənmənin qarşısını almaq üçün hər gün 2 litrdən çox təmiz su qəbul etməyi vərdiş halına gətirib. Buğda, nanə, limon və sudan düzəldilən yaşıl kokteyl də Melaniyanın sevdiyi içkidir. O, metabolizmi sürətləndirir və həmişə tonusda qalmağa kömək edir. 2006-cı ildə oğlu Berron dünyaya gəldikdən sonra ona qısa müddətdə əvvəlki formasına qayıtmağa məhz bu sadə üsul kömək edib. Nəfsinə qalib gələn ABŞ-ın birinci xanımı yağlı və qızardılmış yeməklərdə də heç vaxt həddi aşmır.

Daha çox meyvə, daha az tərəvəz
Melaniya daha zərərli çərəzləri meyvələrlə əvəz edir, hər gün azı yeddi tikədən çox meyvə yeyir. O, bunu onunla əsaslandırır ki, şirniyyatlar orqanizmə daha çox zərər verir. Yeri gəlmişkən, tədqiqatların nəticələrinə görə, bu, ürək-damar xəstəliklərinin inkişaf riskini xeyli azaltmağa kömək edir.
Gözəllik ekspertləri hesab edir ki, bu qayda birinci xanıma sadəcə formada qalmağa deyil, həm də dərisinə müsbət təsir göstərir. Ümumiyyətlə, Melaniya Trampı meyvə həvəskarı adlandırmaq olar, tərəvəzlərdə isə seçicidir. Məsələn, soğan və artişok onun rasionunda yoxdur.
 
Birinci xanım müsahibələrinin birində qidalanması haqqında bunları deyib:
“Xüsusilə sevdiyim qəlyanaltı yoxdur, əgər mən acmışamsa, onda adətən, meyvə və ya az şokolad yeyirəm. Düşünürəm ki, hərdən özünü şirniyyatlarla sevindirməkdə pis heç nə yoxdur. Bununla belə həddi aşmaq heç bir halda yolverilməzdir. Deməzdim ki, hansısa pəhrizlər saxlayıram. Sadəcə sağlam qidanı sevirəm, çünki bu zaman özümü daha enerjili hiss edirəm”.
 
Artıq bir neçə ildir birinci xanım tennis, üzgüçülük pilates və yoqa ilə fəal məşğul olur. Lakin Melaniyanın əsas gözəllik sirri sağlam yuxu hesab edilir:
“Əlbəttə ki, boş vaxtım çox az tapılır, hər halda gündə altı-yeddi saat yatmağa çalışıram ki, enerji toplayım. Qadının zahiri görünüşü onun ruhunda nələr olub-bitdiyi, duyğuları, emosional vəziyyəti və səhhəti ilə birbaşa əlaqədardır. Sirlərim sadədir: yaxşı yeyirəm, idmanla müntəzəm məşğul oluram və istirahət edirəm”.
 
Melaniyanın məhz hansı məşqləri yerinə yetirdiyi məlum deyil, amma incə beli və yan əzələlələrindən aydın olur ki, o, ayrı-ayrı hissələri məşq etdirmir, bütün bədəni işlədir. O, təkcə qantellə işləmir, həm də kardio edir.
Ənənəvi olaraq, Ağ evdə yemək məsələsinə məhz birinci xanım nəzarət edir və sef-aşpazlara tapşırıqlar verir. Mişel Obama kimi, o da dirrikdə, ot və tərəvəz yetişdirilməsi ilə məşğul olur.
“Əgər birinci xanım yeməklərlə maraqlanmırsa, onda yeməyin keyfiyyəti adətən, aşağı düşür. Eleonora Ruzvelt bunun bariz nümunəsidir. Onun vaxtında yeməklər o qədər dadsız olurdu ki, çoxu Ağ evə qəbula getməzdən əvvəl hər kəs yaxşı yeyib qarınlarını doldurmağa üstünlük verirdi”, - deyə bu barədə Bill Klintonun assistentlərdən biri və kulinariya kitablarının müəllifi Edrien Miller müsahibəsində bildirib.
Aytən

Загрузка...
Загрузка...