Çavuşoğludan Rusiya açıqlaması: “Hazırıq”

 
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Suriyada atəşkəslə bağlı İranla danışıqlar aparıldığını açıqlayıb.
 
Axar.az xəbər verir ki, nazir Rusiya ilə də Suriya mövzusunda danışıqların aparılacağını istisna etməyib:
 
“Dünən İranın Xarici İşlər naziri Cavad Zərif burada idi. Atəşkəs mövzusunda fikir mübadiləsi apardıq. Rusiya ilə də bənzər danışıqlar aparmaq niyyətindəyik. Moskva səmimi bir şəkildə atəşkəs və humanitar yardım üçün bizimlə əməkdaşlıq etmək istəsə, biz buna hazırıq”.