​Çavuşoğludan erməni deputata sillə kimi cavab — Qarabağı mən işğal etmişəm?

 
NATO Baş Assambleyasında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə erməni deputatın arasında mübahisə yaranıb.
 
Mövlud Çavuşoğlu erməni deputata sərt cavab verib:
 
"Dürüst olun. Sanki siz sülh elçisisiniz. Qarabağı mən işğal etmişəm? Həbs etdiyimiz PKK-çılar arasında ermənilər də var".
 
Ölkə.Az xəbər verir ki, Türkiyənin xarici işlər naziri NATO parlamentlər Assambleyasının toplantısında erməni nümayəndə heyətinin sədri deputat Koryun Nahapetyanın "Türkiyə İŞİD-i dəstəkləyirmi?" sualına sərt cavab verib.
 
Nazir erməni deputatın sualına belə cavab verib:
 
"Türkiyənin İŞİD-i dəstəklədiyini necə söyləyə bilərsiniz? İŞİD-ə qarşı əməliyyat aparan kimdir? Dürüst olmaq lazımdır. Siz Ermənistandan gəlmisiniz, mən də türkəm. Amma əvvəlcə dürüst olmaq lazımdır. Siyasətçilər isə daha da dürüst olmalıdır. Avropa Şurası Parlamentlərinin Məclisində də gördümki, ermənilər heç vaxt dürüst olmurlar. Bu günə qədər hansı dövlət İŞİD terror təşkilatının terrorçusunu öldürüb? Təkcə Başika düşərgəsində 700-dən çox İŞİD terrorçusu məhv etmişik. İŞİD bizə nifrət edir, siz isə deyirsiniz ki, biz İŞİD-ə dəstək veririk. İŞİD internet səhifələrində Rəcəp Tayyip Ərdoğanı birinci düşməni kimi göstərir. Mən sizə bir sual vermək istəyirəm. BMT-nin və sizin üzv olduğunuz bütün qətnamələrdə Ermənistanın Azərbaycanın 20 % torpağını işğal etdiyi qeyd edilməyibmi? Qarabağı mən işğal etmişəm? Siz işğal etmisiz. Niyə bu torpaqlardan çıxmırsız? Sizə təklif etdik ki, bu torpaqları işğaldan azad edin, sərhəddi açaq. Çünki Azərbaycan bizim qardaşımızdır".