Çavuşoğludan anti-NATO bəyanatı: “Moskva ilə əməkdaşlıq edə bilərik”

 
Ankara hərbi-texniki sahədə Moskva ilə əməkdaşlıq edə bilər.
 
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu deyib.
 
Onun sözlərinə görə, NATO ölkələri bu sahədə Türkiyə ilə əməkdaşlıqdan yayınır.
 
Türkiyənin xarici işlər naziri daha əvvəl bildirib ki, Türkiyə prezident Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə avqustun 9-da Sankt-Peterburqda görüşündə müdafiə sənayesi sahəsində əməkdaşlıq müzakirə olunub.
 
Onun sözlərinə görə, daha əvvəl Çinlə müzakirə edilən raketdən müdafiə sistemi layihəsini Rusiya istəyir. Türkiyənin xarici işlər naziri ABŞ və Avropanın texnologiya transferinə müsbət yanaşmadığı üçün, NATO-dan kənar istehsalçı ölkələrlə danışıqların aparılmasının təbii olduğunu söyləyib.
 
“Türkiyə terror təhdidi altındadır, İŞİD hücum edir, PKK hücum edir, Suriyadan təhdid var. NATO-nun qəbul etdiyi bəzi qərarlar var. Bu qədər təhdid olmasına baxmayaraq, bu qərarlar icra olunmur. Almaniya və bəzi Qərb ölkələri hava hücumundan raket batareyalarını Türkiyədən çəkdilər”, - Çavuşoğlu bildirib.