Çavuşoğludan AB-yə: “İdeologiyanız batsın”

 
 
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu çexiyalı həmkarı Lubomir Zaoralek ilə görüşüb.
 
Axar.az xəbər verir ki, görüşdən sonra keçirilən mətbuat konfransında Çavuşoğlu Avropanı sərt tənqid edib. Avropa Birliyi xarici işlər nazirlərinin bu gün keçirəcəyi Türkiyə toplantısına toxunan nazir PKK-nın müdafiə olunduğunu bildirib:
“Çexiyanın terrorla mübarizə mövqeyi dəqiqdir. YPG də Çexiyada ofis açdı, ancaq ofis qısa müddətdən sonra bağlandı. Avropa Parlamentində, Avropa Birliyində, Brüsseldə isə PKK-ya qarşı tolerantlıq nümayiş olunur. İnsanlığa sığmayan hücumlar törədən bir təşkilata belə münasibət göstərilməməlidir. Avropa Parlamentində PKK-ya dəstək verən deputatlar var. Nəyə görə? Eyni ideologiyanı müdafiə edirik. Sizin ideologiyanız batsın. Sən də get dağa.
 
Niyə siyasətlə məşulsan?
 
Avropa Birliyindən nə gözləyirik? Hər şeydən əvvəl düzgün mövqe sərgiləmək lazımdır. Bizim tərəfimizdə olmaqlarını istəmirik. Doğrunun yanında olsunlar”.

Загрузка...
Загрузка...