Çavuşoğlu: Həyat yoldaşım məni təhdid etdi

 
Avropa Şurasının Parlament Assambleyasının iclasında 15 iyul hadisələri ilə bağlı çıxış edən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu həyat yoldaşı ilə aralarında baş verən dialoqu ilk dəfə anladıb.
 
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Çavuşoğlu bunları deyib:
 
"Bir vaxtlar belaruslu həmkarımla burada edam cəzasının doğru olmadığını anlatmağa çalışdıq. Bu çətin oldu. Mən həyat yoldaşımı edam cəzasının pis olduğuna inandırdım. Həyat yoldaşım qiyamdan bir gün sonra məni təhdid etdi. Dedi ki, edam cəzası ilə bağlı sənin fikrini bilirəm. Amma bu dəfə də qarşı çıxsan səninlə münasibətləri nəzərdən keçirməli olacam. Mən heç nə demədim. O vaxt reaksiya versəydim, daha pis olacaqdı. 23 ildir ki evliyik və həyat yoldaşım məni ilk dəfə təhdid etdi. Mənim həyat yoldaşım da o zərbəni yaşayıb".