​Çavuşoğlu: “FETÖ bu dövləti rəsmən ələ keçirib”

 
Qətərdə səfərdə olan Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu FETÖ-nun digər dövlətlərdəki fəaliyyəti ilə bağlı mühüm açıqlamalar verib.
 
Nazirin sözlərinə görə, təşkilat Şərqi Avropada və Asiya ölkələrində fəaliyyətini davam etdirir:
 
“Albaniya onların mərkəzidir. Kosovo, Makedoniya və Bosniyada da fəaliyyət göstərirlər. Bosniyada bir məktəbi hansısa quruma təhvil verəcəkdilər, amma sonra nə oldusa, bundan imtina etdilər.
 
Hər şeydən əvvəl bu ölkələr öz təhlükəsizliyini düşünməlidir. Məzun olduqdan sonra dövləti iadarə edən bu adamların vəziyyəti çox yaxından araşdırılır. Qırğızıstanı rəsmən ələ keçiriblər. “İndi istəsək də bir şey edə bilmərik”, - deyirlər”.