​ Çavuşoğlu: "AP özünü alçaldır"

 
Avropa Parlamenti (AP) Türkiyə ilə bağlı qəbul etdiyi qərarla özünü alçaldır.
 
Axar.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu AP-nin Türkiyənin AB-yə üzvlüyü ilə bağlı danışıqları dondurmasına münasibət bildirərkən deyib.
 
“Türkiyəni diz çökdürə bilməzlər. Bu qərarın bizim üçün heç bir mahiyyəti yoxdur. Xalqımız bu qərarı rədd edir. AB özünü idarə etməlidir”, - Çavuşoğlu bildirib.