Çavuşoğlu: “Aİ-nin münasibəti Gürcüstanın iki regionunu itirməsinə gətirib çıxardı”

Avropa İttifaqı anlamalıdır ki, Türkiyə ilə Ukrayna və Gürcüstanla danışdığı ultimatum dilində danışmaq olmaz.
Turaninfo.az  “RİA Novosti” agentliyinə istinadən bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Avropa İttifaqının Türkiyədən vizasız rejimə keçidə şərt kimi terrorizm əleyhinə qanunvericiliyə dəyişikliklər edilməsi tələbinə münasibət bildirərkən Çavuşoğlu deyib:
“Onlar (Aİ) anlamalıdırlar ki, Türkiyə ilə belə iş görmək olmaz. Onlar Ukraynaya münasibətdə özlərini belə aparırdılar: “Ya siz bizimləsiniz, ya da yox”. Gürcüstanı elə vəziyyətə gətirdilər ki, ölkə iki regionunu itirdi. Aİ belə yanaşmadan əl çəkməlidir”.
Cavuşoğlu bildirib ki, Avropa İttifaqı Türkiyənin simasında özünün uzunmüddətli partnyorunu görməlidir: “Biz tam hüquqlu üzvlük istəmirik. Söhbət yalnız viza rejiminin liberallaşdırılmasından gedir. Bu qədər şərtə əməl etmiş və bu istiqamətdə qərarlılığını göstərən ölkəyə belə münasibət düzgün deyil və ədalətsizdir... Hazırda Türkiyə bir çox terror təşkilatları ilə mübarizə aparır. Belə bir vəziyyətdə terrorla mübarizə məsələlərinə aid qanunvericiliyin dəyişdirilməsi mümkün deyil”.