​Cavid Qurbanov prezidentin uğurlarını qoyub, özünü reklam edir - Feysbukda

 
“Azərbaycan Dəmir Yolları” QSC sədri, deputat Cavid Qurbanov özünü sosial şəbəkələrdə reklam etdirir
 
Politika.Az-ın əldə etdiyi məlumatda qeyd olunur ki, baş dəmiryolçu öz piarı ilə məşğuldur.
 
Deputat Feysbukda müxtəlif qruplar və səhifələr açdırır, onun təlimatı üzrə təhkim olunmuş şəxslər fəaliyyət göstərir, piarını aparır.
 
Həmin qruplarda Cavid Qurbanovun həm QSC rəhbəri, həm deputat kimi gördüyü işlər təbliğ olunur, reklamı gedir, təriflər yağır. İlin-günün bu vaxtında məmurun özünü təbliğ etməsi başadüşülən deyil.
 
Heç bir deputat və ya qurum rəhbəri Feysbukda piarla məşğul olmur. C.Qurbanov isə prezidentin həyata keçirdiyi işləri və ölkə ilə bağlı məsələləri təbliğ etdirmək yerinə özünü reklam etdirir.
 
C.Qurbanov özü bu işin kənardan necə göründüyünü müşahidə etsə, pis olmaz. Hər halda indi öz şəninə təriflər yağdırmaq zamanı deyil. Onsuz da dəmiryolçu-deputat himayəsindəki bəzi media orqanlarında öz fəaliyyətini ictimailəşdirir.
 
Politika.Az-ın əldə etdiyi məlumatda qeyd olunur ki, C.Qurbanov öz işlərini təbliğ etdirməyi sevir. O, QSC-dəki fəaliyyətini qabartmaqla sələfi Arif Əsgərovu “vurmaq” istəmişdi.
 
Onu korrupsiyada ittiham etmişdi. Ardınca bunun zarafat olduğunu bildirmişdi. Belə bir qeyri-ciddilikdən sonra C.Qurbanovun imici zədələndi. O, sələfi haqda dediyi sözünün arxasından çəkildi. Ona görə də indi reputasiyasını bərpa etmək və reytinqini qaldırmaq naminə Feysbukda pul xərcləyib reklamını təşkil edib. Bu da sosial şəbəkə istifadəçilərində ikrah hissi doğurub. Onların sözlərinə görə, belə bir reklam kampaniyası çox ucuz şoudur.
 
Halbuki, həmin qruplarda və səhifələrdə dövlət başçısının gördüyü işlər, islahatlar, ölkənin iqtisadi həyatının yaxşılaşmasına yönəlik fərmanlar təbliğ olunmalıydı.
C.Qurbanov isə özündən başqa heç kəs haqda piar aparmır. Bir müddət əvvəl vitse-prezidentlik iddiasına düşən baş dəmiryolçu Trampın qələbəsindən sonra fikrindən qismən daşınıb.
 
Onun əzəli rəqibi olan Məmmədovlar ailəsinin dirçəlişi Qurbanovu əndişələndirib. Çünki qalib gəldiyi düşünürdü. Ancaq klan təzədən Tramp sayəsində tramplin şansı qazanıb. Məmmədov üzərində qələbəni qeyd edərkən Qurbanovun taktikası pozulur.
 
O, çoxları kimi gözləmirdi ki, Tramp qələbə çala və nazir oğlu Anar Məmmədovla dostluğu bu ailənin iqtidardakı dayaqlarının güclənməsinə təkan verə. Qurbanov baş vermiş fors-major vəzyyətdə olduqca narahat və gərgindir. Hazırda onun Məmmədovların yenidən yüksəlişinə tamaşa edəcəyi gözlənilir.

Загрузка...
Загрузка...