Cavid Qurbanov dəmiryolçuları həbslə hədələdi-FOTO

Tələbləri yerinə yetirilməyən dəmiryolçular PA-nnı qarşısında oturaq aksiya keçirəcəklər
Aprelin 19-da keçmiş dəmiryolçular  Azərbaycan Dəmir Yolları QSC-nin qarşısında aksiya keçirimişdilər və        qurumun rəhbəri Cavid Qurbanovla görüşmək istəmişdilər. Həmni gün Sərnişindaşıma deposunun rəisi Elyar Muradov dəmiryolçuları hədələsə də, onların binanın qarşısından geri çəkilməyib. Dəmiyolçular  sərnişindaşıma departamentində uzun illər boyu baş alıb gedən məmur özbaşınalığına, rüşvətxorluğa,  onlara qarşı olan  ayrı seçkiliyə,  pullarının zaman-zaman  mənimsənilməsinə etiraz  edirlər. Ötən sayımızda bu haqda məlumat vermişdik.
Amma dəmiryolçular bugün səhər saatlarında da aksiyaları davam etdiriblər.  İlk növbədə Dəmiryol idarəsinin qarşısında toplaşıblar. Məsul şəxslər onlara bildiriblər ki, əgər burdan getməsəniz sizi narkotika ittihamı ilə həbs edəcəklər. Əlacsız qalan dəmiryolçular  aksiyaya icazə almaq üçün BŞİH-in qarşısında gediblər. Onları BŞİH-in məsul şəxsi Zaur Ramazanov qarşllayıb. Zaur Ramazanov bildirib ki, onların tələbləri ilə bağlı Cavid Qurbanova və Səlim Müslümova müraciət ünvanlanıb.
Dəmiryolçular bildirirlər ki, bütün bu vədlər süründürməçiliyə xidmət edir və onları sadəcə yola verirlər. Bundan sonra narazı dəmiryolçular Nazirlər Kabinetinin qarşısında toplaşıblar, ancaq onları qəbul edən olmayıb.  Son çarə kimi dəmiryolçular  Prezident Aparatının  qarşısına toplaşıblar və Fuad Ələsgərovla görüşmək istədiklərini bildiriblər. PA-dana bildiriblər ki, Fuad Ələsəgərov mayın 2-də  onları qəbul edəcək.
Narazı dəmiryolçular “Azadlıq”a açıqlamalarında bildirdilər ki, əgər Fuad Ələsgərov mayın 2-də onları qəbul etməsə, yaxud bu qəbuldan müsbət nəticə əldə olunmasa PA-nın qarşısında oturaq aksiya keçirəcəklər.