Cavid Qurbanov baş nazir olmaq istəyir - YENİ SENSASİON FAKTLAR

FAKTLAR“Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbəri hakimiyyət pillələrinin olimpinə doğru necə irəliləməkdədir?
II yazı
1992-ci ildə eks-prezident Ayaz Mütəllibovun ölkə iqtisadiyyatını səmərəli şəkildə inkilşaf etdirə bilməməsi, Qarabağ məsələsində bacarıqsızlığı, sosial problemlərin həllində atdığı yalnış addımlar, vətəndaş qarşıdurmasına səbəb olan siyasi böhranların, bir sözlə səriştəsizliyi ucbatından onun hakimiyyətdən devrilməsini zərurətə çevirən ən mühüm faktorlar idi. Bu dönəmdə xalq arasında sosial dayaqları güclü olan Azərbaycan Xalq Cəbhəsinin hakimiyyətə gəlməsi labüd idi. Ona görə də ölkənin orta təbəqəli məmurlarının əksəriyyəti ikibaşlı oyun taktikasına önəm verməklə, tutduqları vəzifələri qorumağa üstünlük verirdilər. Həmin məmurların sırasında Cavid Qurbanov da var idi. Bu dönəmdə o, Bakının Maştağa qəsəbəsində adi qaraj müdiri işləyirdi. Ona görə də Cavid Qurbanov Ayaz Mütəllibova xoş gəlsin deyə, Maşatağa qəsəbəsindən keçmiş “M. Əzizbəyov” metrosuna qədər ən komfortlu yolun inşasını öz üzərinə götürmüşdü. Xalq arasında həmin yol “qaynana yolu” ayaması ilə tanınırdı. Çünki, A. Mütəllibovun qayananası həmin qəsəbədən idi. Bir yandan Ayaz Mütəllibovun “bakılı” və “şirvanlı” anlamına çevirmək istədiyi “klan”-“traybalizm” siyasətinə dəstək kimi Cavid Qurvanov onunla birgə addımladığını bəyan edirdi, digər yandan isə gizli şəkildə AXC ilə işbirliyini qurmuşdu.
AXC iqtidara gələn kimi isə, o, AXC-nin bəzi liderləri ilə danışıqlara gedərək, “mütəllibovçu” cameənin sirlərini, heç nə olmamış kimi, onların ovcuna qoydu. Beləliklə asan yolla yeni karyera siyasətinin olimpinə doğru addımlamağı hədəfə aldı. O, AXC iqtidarının nüfuzlu liderlərindən biri Daxili İşlər naziri İsgəndər Həmidovun patronajlığı ilə yeni bir vəzifə məngirlədi. Belə ki, İ.Həmidovun sayəsində Azərbaycan Dövlət Dəmir Yolları İdarəsinin Təmir-Tikinti Trestinin rəisi vəzifəsinə asanlıqla yiyələnə bildi. Onun aşıq sənətinin görkəmli ustadı Aşıq Şəmşirin nəvəsi olması bütün hallarda köməyinə gəlmişdi. 1993-cü ilin yazında Cavid Qurbanov üfüqdə yeni bir hədəf gördü. Bu, AXC hakimiyyətinin devrilməsi, fərqli gücün iqtidara gəlməsi mərhələsinin başlanğıcı idi. Ona görə də yeni hakimiyyətə böyük iştahla hazılaşan qüvvələriin və dövlət çevrilişçilərinin izinə düşdü. Gəncədə Surət Hüseynovla və yarımhərbi güc strukturu sayılan OPON-nun rəisi Rövşən Cavadovla, siyasi müxalifətin önündə gedən AMİP-lə isti münasibətləri qurmağa başladı.
Beləliklə 1993-cü ilin 4 iyun dövlət çevrilişi və ondan sonra yaranan hakimiyyət boğşluğunun labirintlərində “lehməli suda balıq tutmaq” taktikası ilə hərəkət edən Cavid Qurbanov, bu oyunların sonunu necə bitməsini təqib edirdi. Həmin ilin oktyabrında Gəncədə ikinci bir üsyan baş qaldırdı. Cavid Qurbanov Əbürrəhman Vəzirov, Ayaz Mütəllibov və Əbülfəz Elçibəyin iqtidarları çağında canını necə salamat qurtara bilmişdisə, bu dəfə də “sudan quru çıxmaq”la 1995-ci ilin 17 mart “OPON hadisələri”ndən də beləcə yaxasını qurtara bildi. Bu dönəmdə sosial, ictimai və siyasi proseslərin ağuşunda çoxları biabır olsa da, Cavid Qurbanov “vəzifələr olimpi”nin zirvəsinə doğru yüksəlmək qabiliyyətinə malik olan texnokrat məmur kimi mövqelərini gücləndirərək, irəliləməyi bacardı. ADDİ-nin və sonra Nəqliyyat Nazirliyi yanında “Azəravtoyolservis” kimi bahalı və gəlirli bir sahəyə rəhbərlik etməsi onun ən qüdrətli məmur obrazının kamillik çağı hesab etmək olar.
 
Xalq Cəbhəsi, müxalifət və Cavid Qurbanov tandi
Heç də sirr deyil ki, 1988-ci ildən Azərbaycanda formalaşan milli hərəkat sonradan fərqli siyasi partiyalar statusu ilə gündəmə gəlmişdir. O dönəmdən çox sular axsa da, bir sıra iriçəkili məmurlar indi müxalifətə çevrilmiş və keçmişi xalq hərəkatına bağlı olan siyasi çevrələrlə hələ də gizli əlaqələrini qorumaqda davam edirlər. Onlardan biri də bu gün Dövlət Dəmir Yolları Açıq Tipli Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovdur. Onun hansı sahədə idarə rəisi işləməsinə baxmayaraq, daim müxalifətlə isti münasibələrinin olması kimsəyə sirr deyil. Xüsusilə bu gün AXCP adı ilə tanınan siyasi quruma sıcaq ilgisi də məhz bu faktorlara söykənir.
AXCP-nin daim sosial-ictimai və siyasi proseslərə görə dəyişkən mövqeyi Cavid Qurbanovun xarakterik xüsusiyyətləri ilə üst-üstə düşür. Ona görə də Cavid Qurbanov hansı idarəni məngirləyirsə, dərhal gizli şəkildə AXCP-yə dəstək olaraq, onun kadrlarına səxavətlə yer ayırır. Onun çevrəsinə yaxın olan insanların özləri belə təsdiq edirlər ki, hansı mətbu orqan AXCP sədri Əli Kərimlini müdafiə edirsə, Cavid Qurbanov böyük səxavətlə oraya maddi baxımdan gərəkən dəstəyini verir. Belə iddialar var ki, bəzən bu yardımlar “paçka-paçka” pul bağlamaları da olur.
Cavid Qurbanovun hədəfi müxalifətə dolayı yolla qucaq açmaq, həm də qarşısına çıxan rəqibləri haqqında topladığı kompramatları çap etdirərək ictimailəşdirməkdir. Dəmir Yolu İdarəsinin keçmiş rəisi Arif Əsgərov, nəqliyyat naziri Ziya Məmmədov və digər iriçəkili məmurlarla bağlı mətbuata ötürülən “danoslar”ın mənbəyi belə yaranır. Kimsəyə sirr deyil ki, “Azəravtoyolservis”in indiki rəhbərliyi Cavid Qurbanovun böyük həvəslə yerləşdirdiyi və müxalifəti təmsil edən kadrları işdən azad etmək taktikasını ortaya qoymuşdur. Bu kadrlar Cavid Qurbanovun himayəsi altında indi Dəmir Yolları İdarəsinin infrastrukturlarında yerləşdirilməkdədirlər. Bizə məlumat verən mənbənin bildirdiyinə görə, illərdir apardığı kompramat müharibəsinin sayəsində Cavid Qurbanov Kəlbəcər rayonunun əvəzedilməz deputatı statusunu da qazana bildi... Cavid Qurbanov baş nazir olmaq istəyir - YENİ SENSASİON FAKTLAR
Hakimiyyətin ən uca zirvəsinə yönələn hədəflər
Nazirlər Kabinetinin sədri, yəni baş nazir Artur Rəsizadənin 81 yaşı olduğuna görə onun fəxri təqaüdə göndəriləcəyi “an” məsələsidir. Ona görə də bu mühüm postu tutmaq üçün xeyli iddialılar gündəmə gəlmişdir. Maliyyə naziri Samir Şərifov və fövqəladə hallar naziri Kəmaləddin Heydərovdan savayı Cavid Qurbanov da bu posta gəlmək üçün öz hazırlıqlarını görməkdədir. Yaxın ətrafının verdiyi bilgilərə görə, C.Qurbanov artıq özünün Baş nazir kürsüsündə olduğu kimi təsəvvür edərək və bu səbəbdən də həmin postun çəkisinə uyğun yeni vərdişlərə yiyələnməkdədir. Bu davranışları TV kanallardan belə müşahidə etmək mümkündür.
Cavid Qurbanovun xaricdəki hər dəfə rəsmi görüşlərdən Bakıya döndükdə TV kanalların qarşısında Baş nazir sayağı duruşu ilə veridiyi açıqlamalardan da bunları sezmək mümkündür. İndiki hakimiyyətin kursunun Heydər Əliyev məktəbi deyilən anlamın deformasiyaya uğramasının tədricən baş verməsi müşahidə olunur. Halbuki, mərhum Heydər Əliyevin ən çox qəzəbinə səbəb olan məmurlardan biri də Cavid Qurbanov olmuşdur. Babası “Dədə Şəmşir Ocağı”nın yaradılması məhz bu səbəblərə xidmət edir. Çünki, ona ictimai fikirdə bu çox lazımdır. Yəni, Cavid Qurbanov Azərbaycan xalq sənətinin, xüsusilə də ustad bir aşığın soyundan-sofundan gəlməsi imici çox vacibdir.
Ölkənin neft gəlirlərinin böyük qisminin yol infrastukturunun salınmasına xərcləndiyi heç kimsəyə sirr deyil. Ancaq, yol-körpü inşaatında mənimsənilən, çırpışdırılan milyardların miqyası elə həmin miqdarda olmasını hər kəs bilir. Almaniyada avtonəqliyyat yolunun salınması üçün bir km. məsafəyə 1.5-2 min dollar xərclənirsə, Azərbaycanda bu rəqəm azından 4-6 min dollara başa gəlmişdir. Süni şəkildə astronomik səviyyəyə qaldırılan layihələrdən əldə edilən gəlirlər Cavid Qurbanovun daha böyük hakimiyyət səlahiyyətləri üçün ona çox vacibdir. Bununla yanaşı regionda strateji maraqları olan dövlətlərlə də isti münasibətlərini quruması azından onun Baş nazir kürsüsünə iddialı olduğunu göstərir.
KİV-lərdəki savaşı uduzan məmur
Kimsəyə sirr deyil ki, Cavid Qurbanovun uzun müddətdir fəaliyyətlərini araşdıran ölkə KİV-ləri onun əməlləri haqqında yetərincə bilgiləri gündəmə gətirmişlər. Ancaq, maraqlı odur ki, indiyə kimi Cavid Qurbanov həmin faktların heç birini təkzib etməmişdir. Ölkənin bir çox KİV-lərində Cavid Qurbanovun əməllərini ifşa edən yazılar yayınlanmışdır. Həmin yazılarda dövlət büdcəsindən talan etdiyi rəqəmlər gündəmə gətirilsə də, Cavid Qurbanovu təkcə müdafiə edən AXCP və onun çevrəsindəki KİV-lər olmuşdur.
Cavid Qurbanovun bir yandan texnokrat məmur, o biri yandan deputat, daha da irəli gedərək “görkəmli dövlət xadimi” statusunun formalaşdırılması nə qədər ilginc xarakter daşısa da, onun ötən 28 illik fəaliyyəti göz önündədir. Yaxın ətrafından aldığımız bir sıra ilginc məlumatlara görə, hakim ailə ilə qohum olduqdan sonra, onun davranışları xeyli dərəcədə dəyişmişdir. Bu dəfə özünü daha çox təhlükəsiz hiss etdiyindən hakimiyyət olimpinin ən yüksək zirvəsinə yüksəlmək üçün canfəşanlıq nümayiş edir. Yaxın ətrafı da təbii olaraq, onun imicmeykerliyini formalaşdırmaq üçün əllərindən gələni edir. Onun tez-tez üstün səviyyəli kluarlarda görünməsi və bundan maksimum dərəcədə fayda əldə etməsi çevrəsindəkilərə böyük ümidlərin verilməsi kimi qəbul edilir.
Fubol üzrə son dünya çempionatı başa çatdıqda Şimali Koreyanın mətbuatında belə bir informasiya bu ölkədə böyük həyəcana səbəb olmuşdu: “Futbol üzrə dünya çemiponu Şimali Koreya oldu”. Xarici aləmlə heç bir əlaqəsi olmayan, internet resurslarının yasaq edildiyi, xarici turistlərin giriş və çıxışlarının qadağan edildiyi, vətəndaşlarının başqa ölkələrlə təmas qurmasının sərt şəkildə qarşısının alındığı bir ölkədə Şimali Koreyada istənilən informasiyanı cəmiyyətə təlqin etmək heç də çətin deyil. Bundan əlavə, Şimali Koreyada “ilin adamı” və “dahilər arasında dahi” diktator Kim Çem İn elan edilmişdir. Ona görə də indi bu diktatora xalq arasında məcburi şəkildə “Böyük rəhbər” titulu verilib. Azərbaycanda illər uzunu bir neçə prezidentə kələk gələn, hakimiyyətin yüksək zirvəsini fəth etmək üçün emprik qaydaları tətbiq texnologiyası sayəsində Cavid Qurbanov adlı bir sindrom formalaşmaqdadır. Bu prosesin necə davam edəcəyini isə yaxın gələcək göstərəcək.