​Cavanşir Məmmədov qızının məşhur türk aktyoru ilə ailə qurmasından danışmaq istəmədi — SƏBƏB

 
"Qızımın ailə qurması xəbərindən geniş danışmaq istəməzdim. Bizim ailə sirrimiz var. Ailə qurub, Allah xoşbəxt eləsin. Məncə, insan az danışıb, çox iş görməlidir".
 
Bu fikirləri Ölkə.Az-ın əməkdaşıyla söhbətində əməkdar artist Cavanşir Məmmədov qızı Xatirə Məmmədovanın tanınmış türk aktyorla ailə qurması haqda danışarkən səsləndirib. Müğənni bildirib ki, hələ bir neçə ay öncə Arif Selçuk onun qızına elçi düşübmüş:
 
"O uşaq deyil, ağlı başında adamdır. Mən də bilirəm qapıma kim gəlib. Araşdırdım və sonra xeyir-duamı verdim".
 
Xatırladaq ki, C.Məmmədovun qızı X.Məmmədova "Kırqın çiçekler", "Küçük gelin", "Kurtlar vadisi pusu", "Gecenin kraliçesi" kimi seriallarda rol almış aktyor Arif Seçlukla ailə qurub.