Cavad Zərif Bakıya gəlir

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycan, Rusiya və İran XİN başçılarının üçtərəfli görüşündə iştirak etmək üçün Bakıya yola düşüb.
APA-nın Tehran bürosunun məlumatına görə, üçtərəfli görüşdə müzakirə olunacaq məsələlərdən biri Dağlıq Qarabağ ətrafındakı son durum və problemin həlli məsələsi olacaq.
M. C. Zərif Bakıda həmkarları ilə təkbətək görüş də keçirəcək.