Cavabını gözləyən 10 sual: Qalaktikamızdakı 100 milyarddan çox ulduz olduğu halda...

Baxış sayı: 
206
0  
0  

 
 
1. Nədən ən isti planet olaraq Merkuri göstərilir? Halbuki, Merkuridə gündüz temperatur 350°C olduğu halda, Venerada gündüzlər 480°C temperatur qeydə alınır.
 
2. Ayın qaranlıq tərəfi deyilir, lakin Günəş işığı Ayın hər bir tərəfini işıqlandırır. O zaman nədən Ayın qaranlıq tərəfi deyilən anlayış var ?
 
3. 1969-cu ildə amerikan astronomları Aya ilk dəfə ayaq basdılar. 384400 km bir məsafəni qət etmək üçün tələb olunan yanacaq raketin hansı tərəfinə yerləşdirilib? Xatırladaq ki, bu məsafəni qət etmək üçün milyonlarla ton yanacaq sərf olunmalıdır.
 
4. Yer ellipsoid formasındadır. Lakin Yerin kosmosdan çəkilən rəsmlərində biz Yeri kürə şəklində görürük. Nədən ellips olaraq görə bilmirik? Və yaxud nədən geoid olaraq görmürük?
 
5. Dağlar litosfer tavalarının toqquşması nəticəsində yaranır deyilir. Lakin bu yaranmanın mexanizmləri heç kimə məlum deyil. Tavaların toqquşmasından dağlar yaranırsa, bu yaranma nədən ildə 1 mm, 5 mm və s. konkret rəqəmlərlə olur? Bu toqquşma hər saniyəmi olur? Hər saatmı? Necə ?  İ.Kantın " İlk əvvəl qızmar halda olan Yer getdicə soyuyur və soyuyan cisimlər sıxıldığı kimi Yer də sıxılır və bu qırışma nəticəsində dağlar yaranır" nəzəriyyəsi bir zamanlar hakim nəzəriyyə idi. Sonralar "moddan" düşdü. Litosfer tavaları nəzəriyyəsini də bu aqibət gözləyə bilərmi?
 
6. Yer çəkimi qanununa görə yuxarıdan aşağı atılan bir cismin çəkisi artır. Nədən yağış damlası bu qanunu pozur?
 
7. Canlıların təkamülü fasiləsiz bir hadisədir. Elə isə bu zaman ara formalar axtarmaq mənasız deyilmi?
 
8. Kainat sonsuzdur deyilir. Sonsuz bir şeyin haçansa dağılması, məhv olması necə mümkün ola bilər?  Yalnız sonu olan bir kainat dağıla bilər. Kainatin sonu varsa, bu sondan sonra nə var?
 
9. Qalaktikamızdakı 100 milyarddan çox ulduz niyə  kainatı tam işıqlandıra bilmir? Bir halda ki, hər biri bir "günəşdir"
 
10. Kainatın yaranmasından keçən müddət təxminən 13,7 milyard ildir. Bütün atomlar, zərrəciklər o zaman var oldu. O cümlədən insanı da təşkil edən atomlar 13,7 milyard il bundan öncə yarandı. Elə isə bizim yaşımızı 13,7 milyard il hesab etmək olarmı?
 
Sualları hazırladı: Osman Eminov

Загрузка...
Загрузка...