Casusluqda ittiham olunan hind diplomatlar Pakistanı tərk etdilər

 
Hindistanın Pakistanda fəaliyyət göstərən üç diplomatı casus skandalı səbəbindən ölkəni tərk ediblər.
 
Ölkə.Az xəbər verir ki, Hindistanın Pakistanda fəaliyyət göstərən səfirliyinin işçiləri Pakistan hakimiyyəti tərəfindən casusluqda ittiham edildikləri üçün İslamabadı tərk ediblər. Söhbət Anuraq Sinqh, Vicay Kumar Verma və Madxavan Nanda Kumar adlı diplomatlardan gedir. Onlar ötən həftə Pakistan xarici işlər nazirliyi tərəfindən Hindistan xüsusi xidmət orqanlarına işləməkdə ittiham ediliblər.
 
Hindistan tərəfi isə bu ittihamı rədd etmişdi. Ölkənin xarici işlər nazirliyi Pakistan hakimiyyətini diplomatların təhlükəsizliyini təmin etməyə çağırmışdı.
 
İki ölkə arasında casus skandalı 27 oktyabr tarixində Hindistan tərəfindən Nyu-Dehlidə fəaliyyət göstərən pakistanlı səfirlik əməkdaşı Mahmud Axtarın arzuolunmaz şəxs elan edilməsindən sonra başlayıb. Mahmud Axtar casusluqda günahlandırılaraq həbs edilmişdi. Hadisədən bir neçə saat sonra Pakistan tərəfi də hindistanlı diplomat Surcit Sinqhi arzuolunmaz şəxs elan etmişdi.

Загрузка...
Загрузка...