​Çantalarından 9,5 milyon dollar çıxdı

 
Türkiyənin Atatürk Hava limanında saxlanılan 7 şübhəlinin çantalarında gömrüyə bəyan edilməmiş 9,5 milyon dollar aşkar edilib.
 
Teleqraf.com xəbər verir ki, saxlanılanlar Özbəkistan və Qırğızıstan vətəndaşlarıdır.
Külli miqdarda vəsaitin Türkiyəyə keçirilməsinin səbəbləri araşdırılır.