Canlı yayımda Lavrovla və Conson arasında şok "atışma"!

Baxış sayı: 
159

     
Rusiya Xarici İşlər Naziri Sergey Lavrov ilə İngiltərə Xarici İşlər Naziri Boris Consonun birgə mətbuat konfransında iki nazir rasında gərginlik yaşanıb.
Milletinsesi.az xəbər verir ki, bu konfrans son illərin ən qəribə toplantısı kimi qeyd edilib.
 
İki ölkənin münasibətlərinin son dərəcə aşağı səviyyəyə düşdüyün qəbul edən Lavrov  "Bizim Qərb ölkələrindəki siyasi proses və seçkilərə müdaxilə etdiyimiz deyilir. Amma heç kim sübut təqdim etmə zəruriliyini görmür. Az əvvəl Boris, (bu arada mən ona artıq Boris de Rus Dildəki kimi Baris deyəcəyəm) Aİ-dən ayrılma referendumunda bizim rolumuzun olmadığını qəbul edib" dedi.
 
Bunun ardınca Lavrovun sözünü kəsən Conson  "Cənab Lavrov, Rus müdaxiləsi məsələsində sözlərimi təhrif edir. Mən İngiltərədəki referenduma müdaxilə etmədiniz demədim. Müdaxiləniz uğurlu olmadı - dedim. Sözlərimi xahiş edirəm dəyişdirməyin" deməsi, mətbuat toplantısının gedişini dəyişib və qarşılıqlı atışmalar başlayıb.
 
Lavrov gülərək, "İndi də o, mənə etiraz etməməsi halında İngilis mediası yanında etibarını itirməkdən qorxur" - deyə cavab verib.
Boris Conson  "Mən nümayəndə heyətimlə Rus Xarici İşlər Nazirliyinə Lavrov ilə görüşmək üçün gələndə paltomu çıxarıb ciblərində nə var, nə yox ona təslim etdim. Paltomun etibarlı əllərdə olduğunu düşünərək" söhbətini ortaya atıb.
 
Lavrov isə  "Paltonun cibində onsuz da heç bir şey yox idi. Mənə güvənərək paltonuzu təslim edirsiniz şişirdirsiniz" qarşılığını verdi. Bir müddət cavab vermədən hiyləgərcəsinə gülümsəyən Conson, "Demək ki, yenə də paltomun ciblərimi axtarmısınız" cavabını verdi.

Загрузка...
Загрузка...