Can Dündara prezidenti təhqir etmək iddiası ilə pul cəzası verilib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və onun oğlu Bilal Ərdoğan da daxil olmaqla, 9 nəfəri təhqir etməsi iddiası ilə “Cumhuriyyət” qəzetinin baş redaktoru Can Dündara 28 min 650 TL pul cəzası verilib.
Musavat.com xəbər verir ki, bu cəzanın səbəbi Türkiyə mətbuatında dərc olunub.
Belə ki, Can Dündarın 2014-cü ilin 3-8 avqust tarixlərində yazdığı silsilə məqalələrində şikayətçilərin qruplaşma üzvü olaraq göstərildiyi, rüşvət aldıqları iddia edilib. Yazılan iddialara görə, şikayətçilər C.Dündara həbs cəzası veriləcəyini gözləsə də, məhkəmə yazara pul cəzası verib.