Camalənin anası: "Bizi İrəvandan deportasiya etdilər"

Avroviziya 2016 mahnı müsabiqəsinin qalibi Cəmalənin anası qızının qalib olacağından əmin imiş.
Turaninfo.az Layf-a istinadən Camalənin anasının verdiyi müsahibəni təqdim edir:
 “Mən onun qələbəsindən əmin idim. Amma onun həyatından çox narahat idim”, – müğənninin anası Qalina Tumasova açıqlayıb.
 O, niyə Camalənin məhz belə bir mahnı seçdiyini də açıqlayıb:
 – Camalə deportasiya olunan bir ailədə böyüyüb, mən də. Atam, eləcə də ərimin ailəsi Ermənistandan deportasiya olunub.
 Müsahibə zamanı məlum olub ki, Camalə, əslində, bu müsabiqəyə bu mahnı ilə qatılmalı deyilmiş. O bu mahnını 18 may tarixində – Krım tatarlarının deportasiya edildiyi gündə ifa etməyi planlaşdırırmış:
 – Lakin Avroviziya Komitəsinin üzvləri bu mahnını eşidən kimi ağlamağa başladılar. Və prodüser Konstantin Meladze məhz bu mahnının müsabiqəyə göndərilməsi qərarını qəbul etdi.