Camalaya qarşı təxribat xarakterli iddia: “O, kişi olub” - FOTOLAR

“Eurovision” mahnı müsabiqəsində Krım tatarlarının deportasiyasından bəhs olunan “1944” mahnısı ilə Ukraynanı təmsil edərək, ölkəsinə qalibiyyət gətirən Camalaya qarşı şok iddia ortaya atılıb.
Musavat.com xəbər verir ki, Rusiya mətbuatı ifaçının əvvəllər kişi olduğu və 2006-cı ildə cinsiyyətini dəyişmək üçün əməliyyat etdiyi barədə xəbərlər yayıb: “Atası Krım tatarı, anası erməni olan Susana Camaladdinova dünyaya kişi olaraq gəlib və adı Əbülxeyir olub. O, 10 yaşından başlayaraq, özünü qadın kimi hiss edib. İfaçı 2006-ci ildə cinsiyyətini dəyişdirib. Onu da qeyd edək ki, tatarlarda Camal kişi adıdır. Susana - Əbülxeyir də özünə Camala adını götürüb”.
Müsabiqə zamanı çəkilən fotosu paylaşılan müğənninin fotolarda hülqumu olduğuna işarə vurulub və bildirilib ki, bu detal onun kişi olmasına dəlalət edir.
Eyni zamanda ifaçı avstriyalı transseksual müğənni, “Eurovision”un qalibi Konçita Vrust ilə də müqayisə olunub və “Eurovision”da siyasi mahnıların qadağan olduğu halda, Camalanın Krım tatarlarının deportasiyasından mahnı oxumasına eyham vurulub.
Bu xəbərlərdən sonra sosial şəbəkədə müğənninin uşaqlıq və gənclik illərində çəkilən fotoları paylaşılıb və bu xəbərlərin təxribat xarakterli olduğu qeyd edilib.
Bundan əlavə İrəvanda yaşayan Artur Ohanesyanın Change.org saytında "Eurovision-2016" müsabiqəsinin nəticələrinə yenidən baxılması tələbi ilə yaratdığı petisiyaya cavab verilib.
Müsabiqənin təşkilatçıları sosial şəbəkədə bildiriblər ki, Ukrayna müsabiqənin qalib olaraq qalacaq: “Biz başa düşürük ki, “Eurovision-2016”-nın nəticələri ilə razı olmayanlar var. Qeyd edək ki, qaliblər subyektiv və şəxsi fikir əsasında müəyyən edilir. Bu səbəbdən yarışmanın nəticələri ilə razı olmayan insanlar həmişə olur”.