​Cahangir Hacıyevin bacanağına hökm oxundu

 
Bakı Ağır Cinayətlər Məhkəməsində “Beynəlxalq Bank”ın İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevin bacanağı İsmayıl Hidayətzadənin cinayət işi üzrə məhkəmə başa çatıb.
 
Teleqraf.com xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə ismayıl Hidayətzadə 7 il müddətinə azadlıqdan məhrum edilib.
 
Qeyd edək ki, İsmayıl Hidayətzadə “Beynəlxalq Bank”la bağlı başlanan cinayət işi çərçivəsində həbs edilib. O, Cinayət Məcəlləsinin 179 .3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunub.
 
İsmayıl Hidayətzadə Bakıda tütün fabriki yaratmaq üçün “Beynəlxalq Bank”dan 100 milyon dollar kredit götürübmüş. İsmayıl Hidayətzadə  “İntertabakko” MMC-yə rəhbərlik edib.
Bu MMC qeyri-rəsmi olaraq Cahangir Hacıyevə məxsus olub.
 
Cahangir Hacıyev və digər şəxslərin cinayət işi üzrə proses Bakı Ağır Cinayətlər Məhkəməsində davam edir.