​Cahangir Hacıyev Baş Prokurorluğu məhkəməyə verdi

 
 
"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin keçmiş sədri, hazırda həbsdə olan Cahangir Hacıyev Baş Prokurorluğu məhkəməyə verib. C.Hacıyev buna səbəb kimi hüquqlarının pozulmasını göstərib
 
Turaninfo.Az musavat.com-a istinadən xəbər verir ki, bu barədə onun vəkili Aqil Layıcov məlumat verib. Baş Prokurorluğun onunla bağlı təqsirsizlik prezumpsiyasını pozduğunu iddia edən C.Hacıyevin şikayətinə dekabrın 14-də Səbail Rayon Məhkəməsində baxılacaq. Məhkəmə prosesinə hakim Nurəddin Bağırov sədrlik edəcək.
 
Ancaq vəkil bildirib ki, Cahangir Hacıyev Baş Prokurorluğa qarşı şikayətinə adıçəkilən hakimin baxmasını istəmir və məhkəmədə bununla bağlı etiraz ediləcək: "Ona görə də, Nurəddin Bağırova yazılı şəkildə etiraz veriləcək".
 
Xatırladaq ki, Cahangir Hacıyev 5 dekabr 2015-ci ildən həbsdədir. O, 15 il müddətinə azadlıqdan məhrum edilib. Sabiq bankir mənimsəmə, vəzifədən sui-istifadə, vəzifə saxtakarlığında suçlanır.
 
Beynəlxalq Bankdan 221 milyon manatın mənimsənilməsində təqsirləndirilən Cahangir Hacıyev ittihamları qəbul etmir. O, həbsinə görə maliyyə naziri Samir Şərifovu günahkar bilir.

Загрузка...
Загрузка...