​ “Bəzi rayonların icra başçıları dəyişdiriləcək”- AÇIQLAMA

Baxış sayı: 
133

 
“Hökumətin tərkibini müəyyənləşdirən zaman xeyli sayda gənc kadra vəzifə verilib. Bu çox müsbət addımndır. Həmin gənclər bir neçə xarici dil bilir və dünyanın bir sıra mühüm universitetlərində təhsil alıblar. Onların prezident İlham Əliyevin etimadını doğruldacağına inanıram”.
 
AFN xəbər verir ki, bunu AzVision.az-a Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli deyib. Partiya sədri bildirib ki, son 25 ildə bu qədər gənc kadrın birdən-birə hökumətdə yer almasını ilk dəfə görürük.
 
"Bu, inqilabi dəyişiklikdir. Bu məsələ həm də islahatların dərinləşdirilməsi proqramının ən başlıca faktorlarından biridir. Bir neçə ildir islahatlar proqramı elan edilib. Bütün sahələrlə bağlı islahatlar müəyyənləşib. Gənc kadrların vəzifəyə təyinatını böyük uğur hesab edirəm. Sözsüz ki, vəzifədən gedən bəzi şəxslərin müəyyən nöqsanları olub. Bundan sonra da dəyişikliklərin olacağına ümid edirəm. İnkişafı ləngidən şəxslər dəyişilməli olacaq".
 
İcra başçılarının gənc kadrlarla əvəzlənməsi gəlincə, T.Kərimli bu istiqamətdə müəyyən addımların atılacağını, bəzi icra başçılarının dəyişdiriləcəyini deyib: "Birdən-birə hamını dəyişmək mümkün deyil. Rayon və şəhər başçısı olan şəxslərin böyük təcrübəsinin olması vacibdir. Bütün bunlarla yanaşı şəhər və rayon icra hakimiyyətlərində də dəyişikliklər müşahidə edəcəyik. Sözsüz ki, bunlar zaman-zaman olacaq".

Загрузка...
Загрузка...