BƏZİ ALİMLƏR NİYƏ ALLAHA İNANMIR?

(DİN VƏ ELM: RƏQABƏTDƏN ƏMƏKDAŞLIĞA)
 
 
Ağlın daxili görmə - qəlb gözü ilə görmə ilə şərtlənməsi və ya qorxma istedadına malik olması: Bəşəri elmlər baxma ilə görmədən xarici müşahidədən (fəlsəfi anlayış kimi - xarici seyrdən) başlayır. Din xarici müşahidəni istisna edir və daxili müşahidə - daxili seyr tələb edir. Daxili seyr idrak obyektinə onun daxilindən baxmaqla görmə kimi təsəvvürə gəlir. Təcrübədə şeylər “daxili həcmə keçməni istisna” qanununa tabe olduğundan, daxili seyr yalnız təfəkkürdə fikrən mümkün olur. Nəticədə xarici seyrin yerinə dini biliklər daxili seyrlə başlayır ki, bu da qəlb gözü ilə görmə kimi təsvir olunur. Daxili seyr profenomenlərin - obyektsiz daxili hisslərin təsiri nəticəsində təsəvvürlərin yaradılmasından ibarətdir. Elm xarici hisslərin təsəvvür yaratmasına əsaslandığından, dünyəvi elmdə daxili seyr və daxili hissi təsir elmi təsəvvürün yaranmasında iştirak etmir... Bura vicdan, məsuliyyət, öhdəlik, vəzifə və s. kimi hisslər daxildir. Daxili hiss – insanın özünün özündə elə hissi təsiridir ki, bu cür hissi təsirlə bilinməyənləri qavramaq mümkün olur.
Alimlər xarici hissi təsir əsasında qavramağa cəhd etdiklərindən, daxili qorxmaq istedadından uzaqdırlar. Ona görə də, xarici hissi təsir etməyən heç bir həqiqəti qəbul etmirlər.
Allah-təala Qurani-Kərimdə dini bilginin mənimsənilməsini - qavranılmasını qorxmaq istedadı və qəlbgözü ilə görməklə şərtləndirmişdir. Daxili hissi təsir qəlb gözü ilə görmə yaradır. Qəlb gözü ilə görmə baxmanın istisna edilməsi ilə görmədən ibarətdir.Alimlər həqiqətin doğruluğunu baxma ilə görməni ilə təyin edirlər. Qəlb gözü ilə görmə üçün təqdim edilən həqiqətin ən geniş yayılmış forması məsəllərdir. Məsəllər zahiri və batini mənaya malik olduğundan paralel məntiqlə idrak tələb edir. Hansı ki, zahir - baxma ilə görmə ilə, batin - qəlb gözü ilə idrak olunur. Müasir elm ardıcıllıq məntiqinə əsaslandığından alimlər dini bilgilərin batininə nüfuz edə bilmirlər. Nəticədə din haqqında dini mühakimələrin zahirinə görə mühakimə yürüdürlər ki, bu da batində ifadə edilən həqiqətin idrak edilməsinə imkan vermir. Dini biliklərin idrakv nəticədən səbəbin biliklərinin idrak üsuluna əsaslanır. Nəticə - zahir, səbəb - batin kimi təsəvvürə gəlir.
Dini biliklərin dərkedilməsinin subyektiv istəklə şərtlənməsi: Dünyəvi biliklər obyektiv əminliklə şərtləndiyindən, həqiqətin dərkedilməsi subyektin istəyi ilə şərtlənməmişdir. Amma hikmət subyektiv əminliklə şərtləndyindən, dini həqiqətlərin idrakı subyektin istəyi ilə şərtlənmişdir. Subyektiv istək - sübyektin idraka cəlb olunan xarici proseslərdə iştirakını tələb edir. Dünyəvi elmlərdə müşahidəçi heç bir halda müşahidə olunanların daxil olduğu prosesə daxil olmur və buna görə də onlara təsir etmir, yəni müşahidə obyektinə münasibətdə xarici olur. Lakin hikmət subyektiv əminliklə şərtləndiyindən, daxili seyr subyektin müşahidə olunan proseslərdə iştirakını tələb edir. Beləliklə, hikmət - subyektin dərk etdiyi istənilən həqiqətə paralel özünüdərki tələb edir. Buradan da, hikmətin dərkedilməsinin məqsədi aydın olur. Bu məqsəd insanın şübhəsiz və həqiqətən özünüdərkindən ibarətdir. Yəni dini biliklər istifadə üçün yox, özünün Kainatdakı yerini düzgün müəyyən etmək üçün insanlara verilir ki, buradan da insanın özünüdərki kamilləşmə kimi təzahür edir. Deməli, dini biliklərin öyrdilməsində məqsəd insanın özünün dəyişdirilməsi - kamilləşdirilməsidir. Bunun əksinə, elmi həqiqətlər xarici ətraf mühüti - dünyanı dəyişdirməyə xidmət edir, hansı ki, Allah-təala yerdə canişin kimi yaratdığı insanın vəzifələrindən birini “dünyanı abadlaşdırmaq” kimi təyin etmişdir. Abadlaşdırmaq rasional dəyişdirmə tələb edir. Elm isə istənilən dəyişdirməyə səbəb olur. Dünyanı rasional dəyişdirmək dəyişdirən subkektin kimliyi ilə şərtləndirilmişdir. Buradan insanın yer həyatının mütləq məsədinin özünü kamilləşdirmək və dünyanı abadlaşdırmaqdan ibarət olduğu sübut olunur. Alimlər yalnız dünyanı dəyişdirməyə xidmət etdiklərindən, onlar həm də dünyanı irrasional istiqamətdə dəyişdirirlər. Özünü kamilləşdirmə dünyanı abadlaşdırmaqla vəhdət təşkil etdiyindən, dünyanın abadlaşdırılması - şəxsiyyətin ölçüsü, şəxsiyyətin ölçüsü - dünyanın abadlığının -əminamalığın və sülhün ölçülüyü kimi çıxış edir. Məhz elmi bilik birtərəfli inkişaf etdiyindən, bir tərəfdən müasir elm şəxsiyyətin və insanlığın deqredasiyasına - sülhün və əminamanlığın pozulmasına, digər tərəfdən dünyada fəsadın - ekoloji problemlərin yaranmasına xidmət etmiş olur ki, bu da Qurani-Kərimdə “Şeytanın öyrətdikləri -vəsfəsəsi” kimi qeyd olunmuşdur. Buradan aydın olur ki, Qurani-Kərimə istinad etməyən, yəni dünyanı öyrənərkən özünü dərketməyən istənilən alim şeytana xidmət edir və onların elmi bəşəriyyətə və ekologiyaya fəlakət gətirir. Buradan sübut olunur ki, bəşəriyyəti təbii fəlakətlərlə yanaşı, ağlın fəlakəti - mənfəət elmləri təhdid edir.
Subyektiv istəyin dərketmədə iştirakı nə deməkdir? Yuxarıda dedik ki, dində məcburiyyət yoxdur, həqiqətin dərk edilməsi subyektin istəyindən asılıdır. Dünyəvi elmdə məcburiyyətin əksiliyi kimi dində subyektiv istəyin zərurəti vardır. Məsələn, dünyəvi elmdə heç bir insan öz istəyinə uyğun 2x2=4 ifadəsinin doğruluğunu inkar edə bilməz və bunu doğru kimi qəbul etməyə məcburdur. Buna səbəb əqli elmlərin əsasının obyektdə - “insanın elmi olan şey”də BƏZİ ALİMLƏR NİYƏ ALLAHA İNANMIR?saxlanması ilə bağlıdır. Yəni insan elmi nəticəni seçmək imkanına malik deyildir və idrak şeyindən asılıdır. Dində insanlara 2x2= ? mühakiməsində cavabı öz hürr iradəsinə uyğun müəyyən etməyə izin verilir. Bu üsul mikrokosmosda - kvant fizikasında müşahidə prosesinə uyğundur. Kvant fizikasında müşahidəçi paralel olaraq müşahidə olunan obyektlə vəhdət təşkil etdiyindən, eyni anda həm müşahidəçi, həm də müşahidə olunan olur. Yəni paralel olaraq özünü müşahidə etmiş olur. Bu da daxili müşahidədən ibarətdir. Belə ki, mikrokosmosda xarici müşahidə daxili müşahidə ilə vəhdətdə meydana çıxır. Buna görə də, Kvant fizikasında “2x2= ?” cavabı müşahidəçinin iradəsindən - istəyindən asılı olaraq 4,0,8,3,1 və s. ola bilər və bütün bu cavablar eyni dərəcədə doğru olur. Bu da Kvant fizikasında tədqiqatçının məcbur olmadığını, əksinə müşahidə obyektinin müşahidə edənin istəyindən asılı olduğunu sübut edir.
Buradan aydın olur ki, dini biliklərin həqiqətinin doğruluğunun bir yox, çoxlu sayda təsdiqləri vardır. Bu da dində inamın dərəcələnməsi kimi meydana çıxır. Dində təsdiq subyektin istəyindən asılı olduğundan, “kim ki, Allaha inanır, onun üçün həqiqətən Allah vardır. Kim ki, Allaha inanmır, onun üçün həqiqətən Allah yoxdur” mühakiməsi meydana çıxır.
Bu metafizikanın tabe olduğu üç qanundan birinə uyğundur. Metafizikanın bilinməyənlərin - naməlumların tabe olduğu qanunlardan birini belə ifadə etmək olar. “Metafizikada varlıq eyni anda həm var, həm də yox ola bilər”. Bu zaman varlığın var olması və ya yox olması onu idrak edən subyektin istəyi ilə şərtlənmişdir. Quranda bu metafizik qanun belə ifadə olunub: “Kim istəsə, Allaha iman gətirə bilər, Mən istəməsəm heç kim iman gətirə bilməz”.
Elm metafizikanın əksiliyi kimi fizikanı - Kainatı idrak etdiyindən, alimin istəyindən asılı olmayaraq Kainatda “hər hansı bir mövcud varlıq eyni anda ya var, ya da yox ola bilər” qanununa tabe olur. Buna görə, elmi biliklər insanların istəyindən yox, idrak obyektinin təcrübədə mövcudluğundan - təcrübi yoxlamadan asılı olur.
Bütün bunlardan belə nəticəyə gəlmək olar ki, əqli elm sahiblərinin dini biliyi inkar etməsi onların ağıllarının vəziyyəti və həqiqəti mənimsəmə üsulları ilə bağlıdır, nəinki dini biliklərin mahiyyəti ilə.
 
HİKMƏTLƏ DÜNYƏVİ ELMİN VƏHDƏTİ
Bəşər tarixinin çox ciddi problelərindən biri kimi meyadana çıxan dinlə elmin ziddiyyəti necə həll oluna bilər? Allah-təala Öz biliyini bir-birindən fərqli iki üsulla - sözlə ifadə formasında, Səmavi kitablar kimi və maddi ifadə ilə - Kainat kimi yaratmışdır. Bir həqiqətin iki müxtəlif formada ifadə olunması həmin formalardan əldə edilmiş bilgilərin uyğunluğunu tələb edir. Buradan da aydın olur ki, əslində rasional - faydalı həqiqi bilik o zaman əldə edilə bilər ki, o həm Qurani-Kərimlə, həm də Kainatdan əldə edilən bliklə eyni anda təsdiq olunsun. Qurani-Kərim özündə İlahi elmin sübutetməsini, Kainat İlahi elmin dəlillərini təqdim edir. Həqiqət dəlillər əsasında sübutetməyə əsaslandığından, rasional həqiqətlər yalnız Kainatdan əldə edilən dəlillərlə Qurani-Kərimin ayələrində sübutedilmə ilə əldə edilə bilər. Buradan rasional elm haqqında aşağıdakı definatlar aşkarlanır:
1.Təcrübi elmlər təcrübədən başlayır və buna görə də təcrübə əqli elmlərin meyarıdır, Qurani-Kərim və digər səmavi kitablar isə Ali Səbəblərlə bağlı biliklərin mənbəyi və meyarıdır. Buna görə də Ali səbələrlə bağlı biliklər səmavi kitablardan başlamalı və belə biliklərin meyarı səmavi kitablar olmalıdır.
2.Səbəb nəticə əlaqəsinə görə, səmavi kitablarla, xüsusən Qurani-Kərimlə sübut edilməyən heç bir elmi dəlil düzgün və doğru ola bilməz. Yəni, Quranla sübutetmə üçün yararsız olan elmi biliklər həqiqətən və şübhəsiz doğru deyildir, ya həqiqi deyildir, ya şübhəlidir.
3.. Dünyəvi elmi dəlilləri olmayan hikmətin doğruluğu dəlilləri gələcəkdə - elmin tarixi inkişafi ilə bağlı məlum olacağından belə biliklər yalnız subyektiv əminliklə qəbul edilməlidir.
4.. Mütləq həqiqət hikmətlə dünyəvi elmin vəhdətindən idrak edilə bilər.