Bəyanatlar yalandı!-Əli kərimli

Buyurun, bu da əhalimizin cəmi 5 faizinin yoxsul olması haqda bəyanatların yalan olmasının sübutu. Əhalimizin ümumi sayı 9 milyon 583 min nəfərdir. Onun 4 milyon 970 min nəfəri əmək qabiliyyətlidir. Lakin ölkədə işləyib aylıq maaş alanların sayı cəmi 1 milyon 494,7 min nəfərdir. Ölkədə 8 milyondan artıq insanın (uşaq və yaşlılar da daxil) daimi işi olmasa da, İlham Əliyev bu gün İstanbulda deyib ki, bizim əhalinin cəmi 5 faizi (480 min nəfəri) yoxsuldur. Sual budur: cəmi milyon yarım olan daimi işləyənlər öz 297 dollarlıq orta aylıq əmək haqları ilə 9 milyon insana necə baxırlar ki, onlar yoxsul sayılmırlar? Bu, necə olur? Möcüzəmi baş verir, yoxsa sadəcə xalqı aldadırlar?