Bütün gələcək bu cizgi filmlərində şifrələnib- MARAQLI

 
Donald Trampın sürpriz şəkildə ABŞ prezidenti seçilməsinin ardınca, onunla bağlı bir detal hamının təəccübünə səbəb oldu. ABŞ-da uzun illərdir ki, yayımlanan “Simpsonlar” serialı Trampın prezident seçilməsini, qalib gəldiyi gün taxdığı qırmızı qalstukuna qədər-hər şeyi uzun müddət bundan əvvəl çəkdikləri seriyalarının birində əks etdiriblər. “Simpsonlar”ın həm bu, həm də gələcəklə bağlı digər “öncə görmələri”ni doğruldan faktları əvvəlki yazılarımızda göstərmişdik. Onların arasında hazırda davam edən Suriya hadisələri,11 sentyabr faciəsi kimi tarixi faktlar var.
 
Moderator.az bu yazıda gələcəyin sirləri ilə şifrələnmiş cizgi filmlərini (əslində xüsusi orqanlar tərəfindən hazırlanan illiminativ qurğuları) və onlarda tamaşaçılara şüuraltı şəkildə çatdırılan mesajları təqdim edir:
 
“Simpsonlar”- Bəli, yenə də “Simpsonlar”... Bu cizgi filmində gələcəklə bağlı verilən və özünü doğruldan mesajlar o qədərdi ki, onları yazmasaq, olmaz. Suriya müharibəsini, “Ebola” virusunu proqnozlaşdıran cizgi film son illərin ən məşhur İT markası olan “APPLE” haqqında məlumat verib. Seriyalardan birində hətta şirkətin loqosu olan dişlənmiş alma parçası da təsvir olunub ki, “ayfon” telefonlarımızdakı loqodan qəti fərqlənmir. Qeyd edək ki, həmin seriya 1994-cü ildə lentə alınıb.
 
Cizgi filminin 1990-cı illərdə əks etdirdiyi bitkilərin mutasiya prosesi öz təsdiqini bir neçə il bundan əvvəl tapdı. Simpsonlarda pomidor radiasiya vasitəsilə mutasiyaya uğrayır. Real həyatda isə bu hadisə Yaponiyada çiyəlik bitkisində baş verdi.
 
“Conni Broun”- ABŞ-da yayımlanan Conni Braun cizgi filmi 11 sentyabr hadisələri haqqında 4 ay qabaqcadan məlumat vermişdi. Cizgi filminin seriyalarının birində divardan asılan tablo “Əkiz qüllələr”in partladıldığını göstərirdi.
 
“Jetgillər”- Hələ 1960-cı illərdə ABŞ-da nümayiş etdirilən bu cizgi filmində gələcəyin kiberdünyası barəsində dolğun proqnozlar verilib. Məsələn, yapon alimlərinin bir neçə il bundan əvvəl icad etdiyi təmizlik işlərinə baxan robotlar ilk dəfə olaraq bu cizgi filmində “işləyib”.