Bütün dünyanın gözü ORADA OLACAQ: Saat 19:00-u GÖZLƏYİN

Baxış sayı: 
179

Bu gün Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında tarixi bir hadisə yaşanacaq.
Publika.az xəbər verir ki, qurumun fövqəladə toplantısında ABŞ-ın Qüdsün İsrailin paytaxtı kimi tanımasına etiraz olaraq hazırlanan qətnamə layihəsi səsverməyə çıxarılacaq.
Toplantı dekabrın 21-də Bakı vaxtı ilə saat 19:00-da keçiriləcək.
ABŞ BMT Təhlükəsizlik Şurasında dekabrın 21-də keçirilən səsvermədə Fələstin tərəfindən hazırlanan və Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan Misir tərəfindən təqdim olunan qətnamə layihəsinə veto qoymuşdu. Baş Assambleyada keçiriləcək səsvermə öncəsi ABŞ-ın onun qərarına qarşı çıxacaq dünya dövlətlərini təhdid etməsi səsvermənin nəticələrinə marağı daha da artırır.
Dünən ABŞ prezidenti Donald Tramp səsvermədə onun qərarına qarşı səs verən ölkələri maliyyə yardımını kəsəcəyi ilə təhdid edib:
 
 
“Bizə qarşı səs verənləri qeydiyyata alırıq. Bizdən yüz milyonlarla, hətta milyardlarla dollar alırlar, sonra bizə qarşı səs verirlər. Səsverməni izləyəcəyik”.
Bundan bir gün əvvəl isə eyni təhdidlə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli çıxış edib. O, BMT üzvlərinin elektron poçt ünvanlarına göndərdiyi xəbərdarlıq mesajında Qüdslə bağlı səsvermədə ABŞ əleyhinə səs verənlər barədə Donald Trampa məruzə edəcəyini bildirib.
“Səs vermək barədə düşünənlərdən prezidentin və ABŞ-ın bunu şəxsi məsələ olaraq qəbul edəcəyini bilmələrini istəyirəm. Prezident səsvermənin gedişi ilə yaxından maraqlanacaq. Məndən bizə qarşı səs verən ölkələr barədə məruzə istəyib. Bu barədə bütün səsləri qeyd edəcəyik”, - Heyli elektron məktubda qeyd edib.
ABŞ Fələstinlə bağlı məsələlərdə tək qalır
Səsvermə öncəsi ABŞ sanki, dünya ilə qarşı-qarşıyadır. Ümumiyyətlə, ABŞ BMT Baş Assamblayasında bu günə qədər Fələstin və Qüdslə bağlı keçirilən bütün səsvermələrdə istədiyi nəticəni əldə etməyib. ABŞ sadəcə BMT Təhlükəsizlik Şurasında deyil, eyni zamanda Baş Aassambleyada da İsrailin Fələstin torpaqlarındakı qeyri-qanuni məskunlaşma ilə bağlı mövzularda dünya dövlətləri tərəfindən dəstəklənməyib.
BMT Təhlükəsizlik Şurasında dekabrın 21-də keçirilən səsvermədə də qurumun 14 üzvü (Təhlükəsizlik Şurasında 5 daimi və 10 qeyri-daimi üzv təmsil olunur - red.) Qüdsün İsrailin paytaxtı kimi tanınmasına qarşı çıxmışdı.
Trampın Qüdslə bağlı qərarı yalnız İsrail və bəzi ada dövlətləri dəstəkləyir
193 üzv ölkənin böyük əksəriyyəti BMT Baş Assambleyasında Fələstini dəstəkləyir. ABŞ və İsrail yalnız bir neçə kiçik ada dövlətinin dəstəyini ala bilib. 2009-cu ilin noyabrında BMT Baş Assambleyası İsrailin Qəzzaya qarşı keçirdiyi hərbi əməliyyatlarda müharibə cinayətləri törətdiyi qeyd olunan “Goldstone” hesabatı qəbul olunub. Hesabatı 114 ölkə dəstəkləyib, İsrail və ABŞ başda olmaqla, 18 dövlət əleyhinə çıxıb. BMT Baş Assambleyasının 2015-ci il noyabrın 23-də qəbul edilən qətnaməsində də İsraildən Fələstin torpaqlarındakı işğala son qoyulması tələb olunub. Sənədinin lehinə 170 plkə səs vermiş, ABŞ, İsrail və bəzi kiçik ada ölkələri də daxil olmaqla 6 ölkə qarşı çıxmışdı. Qətnamədə 1967-ci ildən bəri davam edən işğala son qoyulmasının vacibliyi vurğulanıb və Fələstin xalqının öz gələcəyini müəyyən etmək hüququna malik olduğu bildirilib.
Avropanın böyük gücləri də ABŞ və İsrailə qarşıdır
Fransa, Almaniya və İngiltərə kimi Avropa nəhəngləri BMT Baş Assambleyasında keçirilən səsvermələrdə yalnız bir dəfə ABŞ-ın yanında yer alıb, 12 dəfə isə əks cəbhədə olublar.
Ömər Dağlı

Загрузка...
Загрузка...