​Burda heç bir siyasi çalar yoxdur… – KVN

 
Cabir artıq adını KVN tarixinə qızıl hərflərlə yazdırıb.
 
Bu sözləri əməkdar artist Tahir İmanov yeni çəkdikləri “Ağanatiq” filmi haqda Axar.az-a danışarkən deyib. O, filmin çəkilişlərinin davam etdiyini bildirib:
 
“Ağanatiq rolunu qardaşım, əməkdar artist Cabir İmanov oynayır. Bilirsiniz ki, Ağanatiq həmişə çox sevilən xarakter olub. İndi də maraqlı söhbətlərlə qarşınıza çıxacaq. Qeyd edim ki, filmimizdə heç bir siyasi çalar olmayacaq, ancaq yumor və satiraya yer verəcəyik. Film fevralın 1-dən etibarən şəhərin bütün kinoteatrlarında nümayiş etdiriləcək”.