Bunu öyrənəndə onu daha çox sevəcəksiniz - Atatürkün sol gözünün "sirri"

 
 
 
Moderator.az türk dünyasının lideri Mustafa Kamal Atatürk haqqında maraqlı yazıları davam etdirir. Bu dəfə də Atatürkün Trablusqarp günlərinə, həyatının az məlum olan bir dövrünə, 1900-cü illərdən bəhs edəcəyik. Qeyd: Atatürkün saqqallı olduğu fotolar o dövrə aiddir.
 
Atatürkün sol gözünün bir qədər fərqli olduğunu bəlkə də heç hiss etməmisiniz. Lakin rəsmlərinə diqqətlə baxdıqda, xüsusilə bəzi fotolarında, sol gözünün sağ gözündən bir miqdar fərqli olduğu görünə bilər. Bunun səbəbini öyrəndikdə isə onu çox daha sevəcəksiniz.
 
 
 
23 iyul 1908-ci ildə II məşrutə elan edildikdən sonra Liviyadakı tayfa liderləri xalqı üsyana çağırmaqla məşğul olurdular. Çünki hökumətin xilafətə qarşı bir təhlükə kəsb etdiyini düşünürdülər. Bu üsyanı yatırmaq üçün İttihad Tərəqqi Ümumi Mərkəzində bir qərar alınır, üsyanın olduğu yerə Mustafa Kamal göndərilir. Atatürk bu üsyanı nəzarətə almaq üçün 20 sentyabr 1908-ci ildə Liviyaya yola düşür. Uzun dəniz səyahətindən sonra Trablusqarp sahillərinə çatır. Bir ərəb qayıqçı Mustafa Kamalı bomboş sahildə düşürür. Onu qarşılamağa kimsə gəlmir, çamadanını götürüb qalmağa bir yer axtarır, ancaq tapa bilmir. Ancaq tapa bilmir, sahilə qayıdır, çamadanına başının altına qoyub sahildə uzanır. Bir müddət sonra yenicə rəhmətə gedən Trablusqarp valisi Rəcəb Paşanın köşkünə yerləşir.
 
 
 
Trablusqarpın polis rəisi Camal bəydən aldığı ilk məlumat qorxuducu olur, tayfalar şəhəri ələ keçirib, Mustafa Kamalı tapanda ya öldürəcəklər, ya da geri göndərəcəklər. Mustafa Kamal qorxmadan yavəri Murad ilə birlikdə üsyançıların olduğu izdihamın içinə girir. Sərt şəkildə onları idarə edənlərin kim olduğunu soruşur. Özündən olduqca əmin görünən 27 yaşlı bu adamdan hamı qorxur. Atatürkün qorxusuz davranışına görə bir ordu tərəfindən əhatə edildiklərini güman edirlər və ona başçılarının yerini göstərirlər.  Atatürk onlarla danışanda əsas problemlərinin yeni idarəçilik formasında köhnə imtiyazlarını itirmək olduğunu anlayır. "Mən sizin maraqlarınızı qoruyuram, amma icazə verin burada toplanan xalqla danışım" deyir. Gecə həyətdəki hovuzun başında tərcüməçi vasitəsilə üsyançılarla danışır: "Ey din qardaşları! Məmləkətinizin qorunması üçün güc birliyinə ehtiyacımız var. Ayrılsaq gücsüz qalarıq" deyir.
 
 
 
Mustafa Kamal Trablusqarpda 1 ay qalır. Dönüşdə Benqaziyə baş çəkir. 2 ay yarım qalacağı Benqazidə bölgəni idarə edən Şeyx Mənsurla tanış olur. Tanışlıq da çox qəribə formada baş verir. Belə ki, Atatürk qaldığı otelin salonunda oturarkən bir təlaş yaşanır, "Şeyx Mənsur həzrətlərini" nin gəldiyi söylənilir. Şeyx salona girəndə hamı ayağa qalxarkən Mustafa Kamal yerindən belə tərpənmir. Oturması üçün yer göstərmədiyi Şeyxə qayıdıb belə deyir:  "Şeyx Mənsur! Sən heç vaxt darıxmırsanmı? Buradakı sancaq təşkilatının sənin iradənə tabe olacağını güman edərək bir sıra cürətlər edirsən. Bu ədəbsizliyin dərəcəsini fərq etmirsənmi? Mən sənə həddini bildirəcəyəm. Haydı, çıx çölə!” Şeyx Mənsur boynunu bükərək çölə çıxır. Polis və jandarma mat qalır.
 
Mustafa Kamal növbəti görüşlərində Şeyx Mənsura Məşrutəni izah edir. Şeyx əlinə bir Quran götürüb Mustafa Kamala uzadır: "Məşrutə idarəsinin Xəlifə Peyğəmbərimizə pislik etməyəcəyinə dair bu kitab and eçiə bilərsənmi?” –deyir. Mustafa Kamal Quranı götürüb öpür və "Bu kitab və namusum üzərinə and içirəm ki, Xəlifəyə bir pislik edilməyəcək" deyir.
 
 
 
Üsyan bir müddətlik dayanır, Osmanlı nüfuzu təmin edilir. Ancaq bu, uzun davam etmir. 1911-ci ilin sentyabrında italyanlar Trablusqarpa hücum edəndə Mustafa Kamala yenidən yol görünür. Trablusqarpda müharibə başlayanda Osmanlının bölgəyə gedəcək halı yox idi. Mustafa Kamal uşaqlıq yoldaşları Nuri və Fuadla birlikdə yola düşür. Onlara tutulduqları halda “hökumətdən xəbərsiz səyahət edirik” demələri tapşırılır.
 
Atatürk "Şərif" ləqəbi ilə bir jurnalist kimi gedir. Yolda xəstələnir, 15 gün İskəndəriyyədə yatır. Noyabrın sonunda əvvəlcə qatarla Misirə girirlər. Səhranı aşıb, 8 gün dəvə belində səyahət edirlər. Dəvələrin yükü artanda isə piyada addımlayırlar. Gecə çadırda qalırlar. Mustafa Kamal lobya təmizləyir, Fuad bişirir. Susuz, ağacsız Misir səhrasını yuxularında Rumelini görərək aşırlar. Son qatar stansiyasında Misirli bir zabit sənədlərini yoxlayır. Ərəb paltarı geymişdilər, amma mavi gözləri Mustafa Kamalı ələ verir. Tutulacaqlarını anlayınca kim olduğunu açıqlayır. "Düşmənlərə  qarşı müqəddəs cihada iştirak etməyə gedirik" deyir. Sərhəddi belə keçirlər. Paltarlarını geyinirlər, silahlarını gizlətdikləri yerlərdən çıxarıb müharibəyə qoşulurlar.
 
 
 
 
Fuad Bulca müharibənin ən kritik gününü Camal Kutaya belə danışır: "Mustafa Kamal bir hücuma qərar verdi. Hər şeyi hazırlamışdıq. Hədəfimiz Harun qəsri idi. Ora zənnimcə Karfagenlilərin vaxtından qalan bir xarabalıq idi, oranı ələ keçirsəydik qarşı tərəfin atəşlərinə qarşı müdafiə xəttinin qurulması mümkün olacaqdı. Mustafa Kamal oranı ələ keçirmək üçün günlərlə diqqətli bir plan hazırladı. Yanındakı az sayda dostları ilə piyada hücumuna cəhd etdi. Biz xarabalar içində mübarizəyə davam edərkən Mustafa Kamal yanındakı az sayda dostu ilə Harun qəsrinin mərkəz binasına qədər irəliləmişdi. Elə bu vaxt göy üzündə bir gurultu eşitdim. İki İtalyan hücum təyyarəsi çox alçaqdan uçur və bizim arxamıza hücum edərək bombalarını atırdı. Mustafa Kamalın yanına çatanda onu üzünün tanınmaz halda tapdım. Bir əlində qılıncı vardı, digər əlindəki dəsmalıyla gözünü bağlayırdı. Yaralandığını zənn etdim. Xeyr, yaralı deyildi. Ancaq xarabalıqlar arasında uçan sütundan çıxan əhəngli daş parçası zərbəylə gözünə dəymişdi. Sönmüş əhəng olmasına baxmayaraq, bir qismi gözünə nüfuz etmişdi".
 
 
Məhz bu döyüş əsnasında İtalyan təyyarələrinin bombardmanı ucbatından Mustafa Kamalın gözü zərər görür. 1912-ci ilin yanvarındakı basqından sonra Mustafa Kamal, Dərnədə xəstəxanaya yatırılır. Gözü qanlı olur, hərarəti varmış. İlk müdaxilənin sonra Selanikə qayıtması tövsiyə edilir, amma qulaq asmır. Bir aya qədər xəstəxanada yatır. Dərnə Komandanlığına təyin olunanda isə sağalmadan qalxıb döyüşə qatılır. Ancaq xəstəliyi yenidən başlayır. 15 gün yataqdan qalxa bilmir. Gözlərini aça bilmir, zədələnən gözü görmür. "Zamanla açılar" deyən həkimlərə inanmır.
 
24 oktyabr 1912-ci ildə Dərnədən ayrılır. Misir və Rumıniya üzərindən İstanbula qayıdır. Noyabrda Vyanaya gedib, tanınmış bir göz həkiminə müayinə olur.
 
 
Atatrükün gözündəki zədə Trablusqarp donanmasında göstərdiyi bu qəhrəmanlıqdan ötürüdür. Bu üzdən sol gözünün görmə qabiliyyəti qismən zəif olub. Bütün bunlara baxmayaraq yenə də dünyanın ən gözəl baxışları Atatürkdədir, onda olmaqda da davam edəcək.
 
 
 
Hazırladı: Rumiyyə

Загрузка...
Загрузка...