​"Bunlar ailə, qadın, uşaq probleminin nə olduğunu doğrudanmı hələ anlamırlar?"

Baxış sayı: 
189
0  
0  

Azərbaycan övladının cahilliyə, xurafata yönləndirilməsinə qarşı mübarizə aparmalı olan bir qurum özündə cəsarət tapıb sağlam mövqe ortaya qoymaqdan yayınırsa...
 
 
Dünən oktyabrın 1-də Aşura günü azyaşlı uşaqların bu cür matəm mərasimlərindəki iştirakı mətbuatın və sosial şəbəkələrin əsas mövzularından birinə çevrilmişdi.
 
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) də dünən ölkədə keçirilmiş Aşura mərasimlərində azyaşlı uşaqların iştirakına münasibət bildirmişdi. Komitənin açıqlaması doğrudan da bu qurumun öz fəaliyyət sahəsinin əslində nədən ibarəıt olduğunu doğru-düzgün müəyyənləşdirə bilməməsini göstərmiş oldu və xeyli təəccüb doğurdu:
 
“Məsələ ilə əlaqədar zərərçəkən uşaqlar qeydiyyata alınmayıb. Dini mərasimlərdə iştirak zamanı uşağa qarşı zorakılıq faktı törədilərsə, uşaqların hüquqlarının pozulmasının qarşısının alınması məqsədilə valideyn hüquqlarının məhdudlaşdırılması mümkündür”.
 
Millət vəkili Fazil Mustafa da komitənin bu cür mənasız açıqlamasına sərt təpki verib:
 
"Bu da bizim Dövlət Komitəsinin mövqeyi. Bunlar ailə, qadın, uşaq probleminin nə olduğunu doğrudanmı hələ anlamırlar? Uşaqların çığırtı, bağırtı, göz yaşları olan dini mərasimlərə aparılması yolverilməzdir, bunu edən valideynlər ən sərt formada cəzalandırılmalıdır. Necə yanı zərərçəkən uşağa rast gəlinməyib?
Azərbaycan övladının cahilliyə, xurafata yönləndirilməsinə qarşı mübarizə aparmalı olan bir qurum özündə cəsarət tapıb sağlam mövqe ortaya qoymaqdan yayınırsa, o zaman kim bu cür əməllərə qarşı tədbir görəcək?"

Загрузка...
Загрузка...