Bundestaqda erməni yalanına yox deyən yeganə deputat - Foto

Almaniya Bundestaqında 1915-ci il hadisələri ilə bağlı qətnamənin əleyhinə səs verən yeganə millət vəkilinin adı bəlli olub.
 Axar.az xəbər verir ki, sözügedən millət vəkili hakim Xristian Demokrat İttifaqı Partiyasının üzvü Bettina Kudladır.
 O, açıqlamasında bu məsələnin Almaniya parlamentinin vəzifəsi olmadığını bildirib:
 “Məsələyə qiyməti Türkiyə və Ermənistan verməlidir. Türkiyə ilə əlaqələr bu qərardan sonra korlanacaq”.
 Qeyd edək ki, bir saat öncə Almaniya Bundestaqı 1915-ci il hadisələrini “erməni soyqırımı” kimi tanıyıb. Səsverməyə çıxarılan qanun layihəsinin əleyhinə yalnız bir deputat səs verib, bir deputat isə bitərəf qalıb.