Bundan sonra müvəqqəti qeydiyyatda olan vətəndaşlara kredit verilməyəcək - ÖZƏL

 
 
Zaminlər üçün də daimi qeydiyyat tələb olunur
 
Bundan sonra müvəqqəti qeydiyyatda olan vətəndaşlara kredit verilməyəcək. Bu barədə Politika.Az-ı özəl mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, ölkə banklarının belə bir qərar almasına səbəb problemli kreditlərlə bağlı vəziyyətin hər ötən gün bir az da gərginləşməsi, daha doğrusu nəzarətdən çıxmasıdır.
 
Bankların apardığı ilkin araşdırmaların nətiəsi göstərib ki, problemli kreditlərin önəmli bir qismi məhz müvəqqəti qeydiyyatda yaşayan şəxslərin payına düşür. Belə ki, kirayədə yaşayan və adətən yaşayış yerini sürətlə dəyişən bu şəxslərin kredit ödənişində problemlər yaşanan zaman onları tapmaq, məsuliyyətə cəlb etmək çətin olur. Bu səbəbdən də banklar bundan sonra yalnız daimi qeydiyyatda olan şəxslərə kredit verilməsini daha məqsədəuyğun hesab edir.
 
Bundan başqa, kredit alan şəxslər üçün tələb olunan zaminlər də daimi qeydiyyatda olan şəxslər olmalı, işləməli, bəlli bir əmək haqqına sahib olmalıdırlar.
Mənbənin sözlərinə görə, kredit verilməsində tətbiq ediləcək bu yenilik bankların riskini azaltsa da, əhalinin sosial baxımdan aztəminatlı kəsimin vəziyyətini daha da çətinləşdirəcək, onların bankardan hər hansı şəkildə faydalanmasını əngəlləyəcəkdir.