​ “Buna görə xarici təşkilatlardan maliyyə alırlar”

 
 
 
 
Bu gün Bakıda mitinq keçirənlər buna görə xarici təşkilatlardan maliyyə alırlar.
 
Bunu Trend-ə millət vəkili, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov deyib.
 
O qeyd edib: "Milli Şuranın mitinqinə bu quruma daxil olan partiya rəhbərlərinin qohum-əqrəbası yığışıb. Onlar mitinq keçirməklə dövlətə və xalqa kəskin münasibətlərini bildirirlər".
 
S.Novruzovun sözlərinə görə, onlar xarici təşkilatlara göstərmək istəyirlər ki, Azərbaycanda etiraz var: "Və buna görə həmin təşkilatlardan maliyyə alırlar".
 
Qeyd edək ki, sentyabrın 11-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı "Məhsul" stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, saat 17.00-dan 19.00-dək davam edən toplantıda həmin quruma daxil olan ayrı-ayrı partiyaların və bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının ümumi sayı 2500 nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib. İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.